Mirça Rednik: Mənə boş-boş danışan kapitan lazım deyil
27.10.2011 - 11:45
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik komandanın əsas qapıçısı Kamran Ağayevin kapitanlıq sarğısından məhrum edilməsinə münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, rumıniyalı mütəxəssis Kamranın bu cür cəzalanmasını qolkiperin intizamsızlığı ilə izah edib.
Rednik ona Ağayev kimi boş-boş danışan yox, komandanı arxasınca aparmağı bacaran futbolçu lazım olduğunu söyləyib:
“Heç bir məşqçi meydanda yol verdiyi bir səhvə görə futbolçunu kapitan sarğısından məhrum etməz. Sadəcə, bu, neçə vaxtdı davam edən prosesin kulminasiya nöqtəsi idi. Mənə boş-boş danışan yox, komandanı arxasınca aparan kapitan lazımdır. Özü də onun neçə dəfə məşqi yarıda qoyub acıq etməsini azarkeşlər də görüb. Nə qədər dözmək olar? “İnter”lə matçda niyə qapıda qalmadı? Doğrudanmı zədəli idi? Bu qərar verilməli idi. Bu gün kapitan sarğısına ən layiq futbolçu Rahid Əmirquliyevdir. Mən belə düşünürəm”.

0
0