I dövrənin sonu: Mirça Redniklə “Qarabağ” arzuolunmaz rəqibə qarşı
27.10.2011 - 13:58
Premyer Liqada I dövrə sona yaxınlaşır. Apasport.az saytının məlumatına görə, ötən həftə olduğu kimi, XI turun oyunları da cümə, şənbə və bazar günləri keçiriləcək. İlk dövrənin son turu əyalətdəki oyunlarla start götürəcək.
“Qarabağ”la “Bakı”nın Quzanlıdakı görüşünü turun mərkəzi oyunu saymaq olar. Burada əsas diqqəti çəkən ağdamlıların doğma məkana qayıtmağıdır. Komanda bir müddətlik fasilədən sonra yenidən Quzanlı qəsəbə stadionunda ev oyununa çıxacaq. Cari mövsümdə burada 1 matç keçirən “Qarabağ” “Qəbələ”yə 0:1 hesabı ilə uduzub. Qurban Qurbanovun çalışdırdığı komandası Ağdamda ən böyük hesablı məğlubiyyətini isə məhz “Bakı”dan alıb. Bu, il yarım öncə, “zolaqlılar”ı türkiyəli Cüneyt Biçər çalışdırdığı vaxtda olub və 1:4 hesablı məğlubiyyətlə nəticələnib. İndi “Qarabağ”la “Bakı” turnir cədvəlində qonşudurlar. Ağdamlılar “Neftçi”nin ardında digər paytaxt təmsilçisinə də uduzsa, bu dəfə ondan turnir cədvəlində geri düşəcək.
Lider “Xəzər Lənkəran”ın bu turda işi nisbətən asandır. Əvvəla, komanda nadir hallarda uduzduğu öz meydanında çıxış edir. Rəqib isə turnir cədvəlinin aşağı pillələrində yer alan “Kəpəz”dir. Düzdür, cənub təmsilçisinin baş məşqçisi Mirça Rednik gəncəlilərlə ilk görüşü heç də xoş xatirə ilə yada salmır. Çünki ötən mövsüm “Gəncə” adlanan komanda lənkəranlıları evdə böyük hesabla yenmişdi (4:1) və bu, Rednikin ölkəmizdə ilk məğlubiyyəti kimi tarixə düşdü. “Kəpəz” cari mövsümdə qeyr-sabit çıxış etsə də, iddialılardan “Neftçi” və “İnter”lə heç-heçə oynadığını, “Bakı”ya səfərdə qalib gəldiyini unutmamalıyıq.
Qəbələdə əcnəbi baş məşqçilərin növbəti qarşıdurması olacaq. “Qəbələ”nin ingilis çalışdırıcı Toni Adams “Simurq”da olan rusiyalı həmkarı Sergey Yuranla görüşəcək. Hər ikisi məşhur futbolçular olub və məşqçilikdə gənc sayılırlar. Yuranın karyerasının bir hissəsi Adamsın vətəninə bağlı olub ki, bu da 1996-cı ildə “Miluoll” klubunda (16 oyun, 1 qol) çıxışı ilə bağlıdır. Ancaq həmin vaxt komanda 1-ci liqada oynadığından, hücumçu London “Arsenal”ının əfsanəvi kapitanı ilə meydanda görüşməyib. İndi onlar ölkəmizdə rəqib olacaqlar. “Simurqa təhlükəli zonadan çıxmaq, “Qəbələ”yə mükafatlar uğrunda mübarizədə xal çox vacibdir.
“Neftçi” ilə “Turan” iştirakçıları olduqları milli çempionatlarımızda yubiley – 20-ci oyuna çıxacaqlar. 90-cı illərdə “Turan” güclü olduğundan, onların oyunları daha böyük maraq kəsb edirdi. İndi isə tovuzlular daha çox Premyer Liqada qalmaq uğrunda düşünürlər və ilk “altılığ”a düşə bilmirlər. Bu həftə elə Bakıxanov arenasında “Qarabağ”a yenməklə, 2-ci pilləyə yüksələn “Neftçi” isə çempionluq titulunu qorumaq uğrunda mübarizədə növbəti qələbəyə iddialıdır. Komandaların baş məşqçiləri bir-birlərini çox yaxşı tanıyırlar.
Belə ki, Əsgər Abdullayev 2005/06 mövsümündə son 8 tur qalmış “Bakı”nın baş məşqçisi postundan istefasından sonra onun yerinə keçən Böyükağa Hacıyev komandanı çempion etdi. Abdullayev məşqçilik karyerası “Neftçi”yə bağlı olmasa da, futbolçu həyatını ona həsr edib. Təsadüfi deyil ki, keçmiş müdafiəçi SSRİ çempionatları tarixində “Neftçi”də ən çox oyun keçirənlərdəndir. Abdullayev ilk milli çempionatımızda isə “Neftçi”nin futbolçusu kimi qızıl medalçı olub.
“İnter”i son vaxtlar yüksəlişdə olan, Vladislav Qədirovun gəlişindən sonra uduzmayan “Rəvan”la çətin səfər oyunu gözləyir. Artıq xeyli müddətdir qələbə qazana bilməyən AZAL isə Premyer Liqada buna nail olmayan autsayder “Sumqayıt Şəhər”in qonağı olacaq.
28 oktyabr
15:00. "QARABAĞ" - "BAKI"
Ağdam. Quzanlı Olimpiya İdman Kompleksinin stadionu
“Qarabağ”ın ev oyunlarının balansı: 15 oyun: +3=5-7 (topların fərqi - 13-20)
1997/98 – 0:1, 1998/99 – 2:1 (təsnifat), 0:2 (“altılıq”), 1999/00 – 0:0, 2000/01 – 0:1, 2003/04 – 0:1, 2004/05 – 2:0, 2005/06 – 2:4, 2006/07 – 1:1, 2007/08 – 1:1, 2008/09 – 0:2, 2009/10 – 0:0 (təsnifat), 1:4 (“altılıq”), 2010/11 – 2:0 (təsnifat), 2:2 (“altılıq”)
18:00. "XƏZƏR LƏNKƏRAN" - "KƏPƏZ"
Lənkəran. Şəhər mərkəzi stadionu
Lənkərandakı oyunların balansı: 3 oyun: +2=1-0 (topların fərqi 4-1)
2004/05 – 2:0, 2005/06 – 1:1, 2010/11 – 1:0 (təsnifat)
29 oktyabr
15:00. "QƏBƏLƏ" - "SIMURQ"
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Qəbələdəki oyunların balansı: 3 oyun: +4=1-1 (11-3)
2006/07 – 1:2, 2007/08 – 1:0, 2008/09 – 0:0, 2009/10 – 2:1 (təsnifat), 2010/11 – 4:0 (təsnifat), 3:0 (“altılıq”)
15:00. "NEFTÇI" - "TURAN"
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Bakıdakı oyunların balansı: 19 oyun: +13=5-1 (topların fərqi 41-14)
1992 – 1:1, 1993 – 0:0, 1993/94 – 1:0, 1994/95 – 2:1, 1995/96 – 3:1 (təsnifat), 2:1 (“altılıq”), 1996/97 – 2:0, 1997/98 – 3:0, 1998/99 – 1:1 (təsnifat), 1999/00 – 1:1, 2000/01 – 5:1, 2003/04 – 6:1, 2004/05 – 2:1, 2005/06 – 1:0, 2006/07 – 4:2, 2007/08 – 1:2, 2008/09 – 1:1, 2009/10 – 2:0 (təsnifat), 2010/11 – 2:0 (təsnifat)
30 oktyabr
14:00. "SUMQAYIT ŞƏHƏR" - AZAL
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Komandalar tarixində ilk dəfə görüşəcək
16:30. "RƏVAN" - "İNTER"
Bakı. "Dalğa Arena" stadionu
Komandalar tarixində ilk dəfə görüşəcək
Bombardirlər: Sergey Artyux (Turan) - 5, Yuri Fomenko, Ceyhun Sultanov (hər ikisi “Kəpəz”), Luiz Hilario ("Qəbələ") – 4.

| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
|---|---|---|---|---|---|---|---|
| 1 | Xəzər Lənkəran | 10 | 7 | 2 | 1 | 16-7 | 23 |
| 2 | İnter | 10 | 5 | 3 | 2 | 8-6 | 18 |
| 3 | Qarabağ | 9 | 5 | 2 | 2 | 11-6 | 17 |
| 4 | Neftçi | 9 | 5 | 1 | 3 | 12-7 | 16 |
| 5 | Bakı | 10 | 4 | 4 | 2 | 11-8 | 16 |
| 6 | Qəbələ | 10 | 4 | 3 | 3 | 12-11 | 15 |
| 7 | Rəvan | 10 | 3 | 4 | 3 | 13-13 | 13 |
| 8 | Kəpəz | 10 | 3 | 3 | 4 | 15-16 | 12 |
| 9 | Turan | 10 | 3 | 1 | 6 | 8-13 | 10 |
| 10 | AZAL | 10 | 2 | 4 | 4 | 11-14 | 10 |
| 11 | Simurq | 10 | 2 | 2 | 5 | 7-12 | 8 |
| 12 | Sumqayıt Şəhər | 10 | 0 | 3 | 7 | 3-14 | 3 |

0
0