Ceyhun Sultanov: “Xəzər Lənkəran” azarkeşləri məni başa düşərlər
27.10.2011 - 14:04
“Həm “Xəzər Lənkəran”, həm də “Kəpəz” ilk “altılıq” üçün oynayır. Əlbəttə ki, bu amil mübarizənin gərgin keçəcəyindən xəbər verir. Cənub səfərindən 1 xalla dönmək belə bizim üçün uğur sayılacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun futbolçusu Ceyhun Sultanov deyib.
Sultanov hesabat turunda uzun müddət formasını geyindiyi “Xəzər Lənkəran”a qarşı oynayacaq. O bildirib ki, “Xəzər Lənkəran”a adi klub kimi baxır: “Xəzər Lənkəran”da da oynayanda qol vurmuşam, “Kəpəz”də çıxış edəndə də, işim budur. Hələ düşünməmişəm ki, Lənkəranda qol vura bilərəm ya yox. Amma sözsüz ki, bunun üçün çalışacağam. “Xəzər Lənkəran” azarkeşləri məni hələ də çox istəyirlər. İnanıram ki, məni düzgün başa düşərlər”.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Kəpəz” oyunu sabah cənub şəhərində baş tutacaq.

0
0