Tur eyni hesablı qələbələrlə bitdi
29.10.2011 - 16:43
Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə hər 2 matç qeyni hesablı qələbəsi ilə nəticələnib. Hər 2 matç eyni ssenari ilə keçib. Yəni qonaqlar hesabı açandan az sonra meydan sahibləri tarazlığı bərpa edə bilib. Ancaq “Rəvan”la “Sumqayıt Şəhər”in bundan artığına gücü çatmayıb. “İnter”lə AZAL daha 2 qol vuraraq, 3:1 hesablı qələbə qazanıb. İndi bu 2 komanda turnir cədvəlində qonşu olmaqda davam edir və aralarında minimal xal fərqi var.
29 oktyabr
"Rəvan" - İnter" – 1:3
Arif Vəliyev, 52 - Ramil Mansurov, 44, Nurxan Mənsimzadə, 63, Mirsahib Abbasov, 67
"Sumqayıt Şəhər" – AZAL – 1:3
Murad Səttarlı, 20 - Orxan Səfiyaroğlu, 10, Elmin Çobanov, 36, Şahin Zeynalov, 87
Bombardir: Ağabala Ramazanov (“Neftçi”) - 8
29 oktyabr
"Rəvan" - İnter" – 1:3
Arif Vəliyev, 52 - Ramil Mansurov, 44, Nurxan Mənsimzadə, 63, Mirsahib Abbasov, 67
"Sumqayıt Şəhər" – AZAL – 1:3
Murad Səttarlı, 20 - Orxan Səfiyaroğlu, 10, Elmin Çobanov, 36, Şahin Zeynalov, 87
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
|---|---|---|---|---|---|---|---|
| 1 | "Qəbələ" | 11 | 8 | 1 | 2 | 17-9 | 25 |
| 2 | "Neftçi" | 11 | 7 | 2 | 2 | 28-16 | 23 |
| 3 | AZAL | 11 | 6 | 2 | 3 | 21-11 | 20 |
| 4 | "İnter" | 11 | 6 | 1 | 4 | 15-11 | 19 |
| 5 | "Kəpəz" | 11 | 5 | 3 | 3 | 18-14 | 18 |
| 6 | "Qarabağ" | 11 | 5 | 1 | 5 | 18-20 | 16 |
| 7 | "Turan" | 11 | 4 | 2 | 5 | 21-24 | 14 |
| 8 | "Simurq" | 11 | 3 | 3 | 5 | 14-23 | 12 |
| 9 | "Rəvan" | 11 | 3 | 3 | 5 | 12-19 | 12 |
| 10 | "Sumqayıt Şəhər" | 11 | 3 | 1 | 7 | 15-20 | 10 |
| 11 | "Bakı" | 11 | 3 | 1 | 7 | 24-26 | 10 |
| 12 | "Xəzər Lənkəran" | 11 | 2 | 2 | 7 | 12-22 | 8 |
Bombardir: Ağabala Ramazanov (“Neftçi”) - 8
0
0