Toni Adams: “Simurq”un qələbəsinə kölgə salmaq fikrində deyiləm
29.10.2011 - 16:47
“Futbolçularım çox zəif təsir bağışladılar. “Simurq”un qələbəsinə kölgə salmaq fikrində deyiləm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Toni Adams deyib. Premyer Liqamızın I dövrəsinin son turunda gözlənilmədən evdə “Simurq”a uduzan (0:2) qəbələlilər vacib 3 xaldan məhrum oldu. Komandasının oyunundan narazı qalan Adams qonaqların layiqli qələbə qazandığını düşünür: “Rəqibimiz çox yaxşı oyun nümayiş etdirdi. Komandamın oyunundan xoşum gəlmədi. “Simurq” çox güclü oyun göstərdi. Ona gələcək oyunlarda uğurlar arzulayıram”.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0