Sergey Yuran: “Qəbələ” bu gün çox güclü təsir bağışladı
29.10.2011 - 16:50
“Bu gün çox gözəl, baxımlı oyun keçdi. Futbolçular verdiyim bütün tapşırıqları layiqincə yerinə yetirdilər. “Qəbələ” komandası çox səviyyəli oyun nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Simurq”un baş məşqçisi Sergey Yuran deyib. Zaqatala təmsilçisi ilk dövrənin son turunda səfərdə “Qəbələ”yə qalib gəlməklə (2:0), sensasiyaya imza atdı. Yuran bildirib ki, Toni Adamsın rəhbərliyi altında rəqib bu gün çox güclü təsir bağışladı: “Bugünkü oyunda ilk qolu vuran komandanın qalib gələcəyini təxmin etmək olardı. “Qəbələ”yə gələcək oyunlarda uğurlar arzulayıram. Qələbəyə görə də öz oyunçularıma təşəkkür edirəm”.
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0