Ronaldo əvvəl 900-cü, sonra 100-cü qolunu vurdu
03.11.2011 - 01:50
Ronaldo əvvəl 900-cü, sonra 100-cü qolunu vurdu
Çempionlar Liqasında IV turun “Lion”la səfər qarşılaşması Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo üçün əlamətdar olub. Apasport.az saytının xəbərinə görə, 25-ci dəqiqədə hesabı açan portuqaliyalı hücumçu “Kral klubu”nun avrokuboklarda 900-cü qolunun müəllifi olub. 69-cu dəqiqədə hesabı 2:0 edən Ronaldo, həm də komandasında özünün 100-cü qoluna imza atıb.

“Real”ın heyətində ilk qolu 1955-ci ilin sentyabrında Miqel Munyos vurub. Raul isə Madrid təmsilçisinin heyətində avrokuboklarda 67 dəfə fərqlənib.

Avrokuboklarda ən çox qol vuran komanda isə “Real”ın barışmaz rəqibi “Barselona”dır. Katalonlar indiyədək rəqib qapısından 917 top keçiriblər.


0