LegionerLiqa
03.11.2011 - 14:39
LegionerLiqa
Premyer Liqanın I dövrəsində meydana 265 futbolçu çıxıb. Apasport.az saytının məlumatına görə, XI tur ərzində 12 klubun heyətində, ümumilikdə 139 yerli və 126 legioner oynayıb. Əcnəbilərdən 25-i ikili vətəndaşlığa malik olsa da, onlar anadan olduqları ölkənin nümayəndəsi sayılmalıdır.

Bu cür yanaşma ilə Premyer Liqada 40 ölkədən legionerlər forma geyinib. Onlar arasında Braziliya və Rusiya aşkar favoritdir. Bu ölkələrin hərəsindən 14 futbolçunun təmsil olunduğu çempionatda Gürcüstan və Serbiyadan olanların da sayı 2 rəqəmlə ifadə olunur. Lakin digər 3 ölkədən fərqli, serbiyalıların 11 nəfərlik rəmzi yığmasını təşkil etmək mümkün deyil. Çünki onların sayı 1 komanda üçün yetmir. Əvəzində Braziliya, Rusiya və Gürcüstandan olanlardan isə meydana çıxartmağa ən azı start heyəti olan 1 komanda düzəltmək olar.

Bu lider ölkələrdən biri – Rusiyadan olanların əksəriyyəti milliləşənlərdir. Çempionatdakı 14 rusiyalının 10-u müxtəlif yığmalarımız üçün Azərbaycan pasportuna yiyələnənlərdir.

Premyer Liqadakı legionerlər ölkələr üzrə

ÖlkəFutbolçu
Braziliya14
Rusiya14
Gürcüstan11
Serbiya10
Ukrayna7
Latviya6
Sierra Leone5
Albaniya4
Bolqarıstan4
Litva4
Makedoniya4
Moldova4
Rumıniya4
Nigeriya3
Xorvatiya3
Argentina2
Kamerun2
Portuqaliya2
Seneqal2
Almaniya1
Belarus1
Belçika1
Bosniya və Herseqovina1
Burkina-Faso1
Çernoqoriya1
Çexiya1
Estoniya1
Hollandiya1
İspaniya1
Kosta-Rika1
Fil dişi sahili1
Mərakeş1
Özbəkistan1
Polşa1
Qvineya1
Slovakiya1
Sloveniya1
Türkiyə1
Uruqvay1
Yamayka1
0