Elnur Allahverdiyev: PFL bizə zərbə vurur
03.11.2011 - 16:03
Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi
- Dünən ad gününüzü qeyd etdiniz. 28 yaş futbolçu karyerasının, və insan həyatının hansı mərhələsidir?
- 28 yaş futbolu ən yaxşı oynamaq vaxtıdır. Fikrimcə, bu yaşın insan həyatında da rolu böyükdür. 28 yaşda orta yaşa qədəm qoyursan, ağıllanırsan.
- Doğum gününü bu dəfə necə qeyd etdiniz?
- Düzü, mənim ad günlərimin çoxu səfərlərdə olub. Ötən il də doğum günümü səfərdə qeyd etmişəm. Amma istənilən halda, komanda yoldaşlarım, eləcə də klub rəhbərliyi məni tək buraxmayıb. Dünən də yaxşı bir ad gün keçirdim.
- Adətən, Azərbaycanda ad gününü yaxın insanlar ətrafında keçirmək dəbdədir. Sizdə necə, evdə narazılıqlar olmur ki?
- Evdəkilər narazılıq edirlər. Anam deyir ki, bala, dost-tanışını başına yığ, evdə bir ad günü keçir. Cavabım elə olur ki, mənim ad günüm, sevincim-kədərim futbolla bağlıdır. Amma oturub fikirləşəndə, adama bir qədər təsir göstərir. Əsas məsələ canın sağ olmasıdır. İstəyirəm ki, hər ad günümdə yeni bir uğurum olsun.
- Yəqin ki, sizə ən böyük hədiyyə “Neftçi” ilə oyunda qazanıla biləcək nəticə olar...
- Bəli, ən böyük hədiyyə “Neftçi” ilə oyunda 3 xaldır. İstəyirəm ki, yaxşı oynayıb, özümə ad günü hədiyyəsi edim. Əlbəttə ki, qələbəni “Neftçi” də bayram edə bilər, biz də. Amma mən ikiqat güclə oynamaq arzusundayam. İnşallah, qələbə qazanıb, bu sevincimi həm komanda yoldaşlarımla, həm də evdəkilərlə paylaşmaq istəyirəm.
- Qarşıda növbəti prinsipial qarşılaşma var. Həmin oyunun hazırlıqlarına başqa cür köklənirsiniz, yoxsa sıradan bir oyun kimi?
- Bizim üçün rəqibin ciddi fərqi yoxdur. Oyuna həmişəki qaydada hazırlaşırıq. Bizdə kin, xainlik yoxdur. Əsl peşəkar futbolçu kimi hazırlaşırıq. Vaxtı-vaxtında yatır, tələb olunan saatda durur, eyni zamanda, məşqlərdə də var qüvvəmizi səfərbər edirik. Biz bunu “Neftçi”yə görə yox, özümüz üçün edirik. Sözsüz ki, bazar gününə salınmış oyuna çox ciddi qarşılaşmadır. Bu, 3 xallıq deyil, 6 xallıq görüşdür. Qazanılan xallar hər iki komandaya çempionatın axırlarında çox lazım olacaq.
- İlk dövrədəki matçda “Neftçi” məğlub olub. Demək olarmı ki, rəqib cavab oyununda revanş almaq istəyəcək?
- Onlar artıq neçə oyundur bizi məğlub edə bilmirlər. Amma sizə bir söz deyim. Bunu öz adımdan deyirəm. Mənim üçün “Neftçi”, “İnter” “Kəpəz” və ya “Rəvan”la oynamağın heç bir fərqi yoxdur. Peşəkar futbolçuyam işim futbol oynamaqdır. “Neftçi” olmur, olsun “Mançester Yunayted”. Öz işimi ən yüksək səviyyədə yerinə yetirməliyəm.
- Bu gün 2010/2011 mövsümünün qaliblərinin mükafatlandırma mərasimi olacaq. Məlumdur ki, qızıl medallar son çempion “Neftçi”yə veriləcək. Bu amilin “Böyük oyun”a nəsə ciddi təsiri ola bilərmi?
- Biz bu tədbirə görə, Bakıya nəzərdə tutulan vaxtdan daha tez gəlmişik. Mən başa düşə bilmirəm ki, bunlar niyə belə etdi. Bu, mənə xoş gəlmədi. PFL-in bu addımı bilirsiniz nəyə oxşadı? Ötən il Çempionluq Kuboku məhz bizimlə oyundan öncə “Neftçi”yə verilmişdi. Bu, bizə zərbə idi. İndi də belə. Məncə, medalları bu gün paylamağın heç yeri yox idi. Bunu “Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra daha rahat şəkildə eləmək olardı. Tədbir bizim məşq prosesimizi pozdu. Mən bundan böyük şəkildə narahatam. Peşəkar Futbol Liqası düzgün addım atmayıb. Şəxsən mənə xoş gəlməz ki, çətin oyun öncəsi, “Neftçi”nin futbolçularına qızıl medal versinlər. Sözsüz ki, onlar mənim dostlarımdır, qardaşlarımdır. Amma məsələyə digər prizmadan baxmaq lazımdır. Onları çempionluq münasibəti ilə təbrik edirəm, layiq olduqlarını qazanıblar. Bütün bunlara baxmayaraq, zaman seçimi düzgün deyil. Mən öz etirazımı böyük şəkildə bildirirəm.
- Hər halda, “Xəzər Lənkəran”a da medal veriləcək...
- Gümüş medal mənim üçün çox böyük əhəmiyyətə malikdir. Hətta biz çempion da ola bilərdik. Futbol sürprizlərlə doludur. Heç kimin uğuruna kölgə salmaq lazım deyil.
- Demək olarmı ki, bu oyunda qalib gələn komanda çempionluğun bir nömrəli favoritidir?
- İndidən heç kim deyə bilməz ki, hansısa komanda mövsümün sonunda birinci olacaq. Bunu zaman göstərəcək. Əgər desəm ki, çempion biz olacağıq, bu, peşəkar yanaşma olmaz.
- Qarşıdakı turdan sonra milli komandanın düşərgəsinə yollanacaqsınız. Millinin qarşılaşacağı Albaniya yığması və “Union Berlin” barədə hansı fikirdəsiniz?
- Məncə, bizim milli komandaya “Union Berlin”lə oynamaq yaraşmaz. Mənə maraqlıdır ki, biz bu oyuna hansı formada çıxacağıq. Albaniya millisini isə yaxşı dəyərləndirmək lazımdır. Heyətində yaxşı futbolçular var. Bəlkə də, mən “Union Berlin”in yaxşı cəhətlərini bilmirəm. Əgər rəhbərlik belə qərar qəbul edibsə, deməli, düzgündür. Bizim işimiz oynamaqdır.
- Foqts sizinlə yanaşı, milliyə Ufuk Budakı da dəvət edib. Ola bilər ki, yenə legionerə şans verib, sizi ehtiyatda saxlasın...
- Ufuku çağırmır, kimi çağırır çağırsın. Mən çıxıb oynayacağam. Baş məşqçiyə sübut edəcəyəm ki, mən güclüyəm, oynamalıyam.

0
0