“Həkəri” dağıldı, “Göyəzən” sevindi
03.11.2011 - 16:10
“Həkəri” dağıldı, “Göyəzən” sevindi
Azərbaycan çempionatının I divizionunda çıxış edən “Həkəri”nin yarışdan kənarlaşdırılması ilə 7 oyunun nəticəsi ləğv olunub. Apasport.az saytının məlumatına görə, keçirdiyi 7 matçda 2 qələbə qazanıb, 2 heç-heçə edib, 3 dəfə uduzan komanda bunadək 8-ci pillədə qərarlaşmışdı. 5 qol vurub 9-nu buraxan “Həkəri”nin dağılmasından ən çox qazanan isə “Göyəzən” olub.

Belə ki, Qazax təmsilçisi 15-ci yerdən 3 pillə irəli gedib. Bu, digər 2 autsayder “Şuşa” və “Muğan”ın qələbələrindən birinin ləğv olunması ilə bağlıdır.

Ləğv olunan oyunlar

I tur
12 sentyabr (bazar ertəsi)
“Həkəri” (Qubadlı) 0:0 “Göyəzən” (Qazax)
II tur
18 sentyabr (bazar)
MOİK (Bakı) 1:1 “Həkəri” (Qubadlı)
III tur
25 sentyabr (bazar)
“Həkəri” (Qubadlı) 0:2 “Muğan” (Salyan)
IV tur
3 oktyabr (bazar ertəsi)
“Tərəqqi” (Gəncə) 1:2 “Həkəri” (Qubadlı)
V tur
08 oktyabr  (şənbə)
“Həkəri” (Qubadlı) 1:0 “Şahdağ” (Qusar)
VI tur
15 oktyabr (şənbə) 
“Lokomotiv” (Biləcəri) 4:1 “Həkəri” (Qubadlı)
VIII tur
30 oktyabr (bazar)
“Şuşa” (Şuşa) 1:0 “Həkəri” (Qubadlı) 


7 oyunun nəticəsinin ləğvindən sonra turnir cədvəli

 Komanda O Q H M Qollar Xallar
1 Karvan 8 7 1 0 24-6 22
2 Qaradağ Lökbatan 7 6 1 0 13-3 19
3 Neftçala 8 4 3 1 13-6 15
4 Lokomotiv 6 4 0 2 10-7 12
5 MKT Araz 8 4 0 4 15-19 12
6 Bakılı 7 3 2 2 14-6 11
7 MOİK 7 3 1 3 10-11 10
8 Energetik 7 2 2 3 4-9 8
9 Şəmkir 7 2 1 4 10-8 7
10 Şahdağ 6 2 1 3 7-9 7
11 Tərəqqi 7 2 1 4 6-8 7
12 Göyəzən 7 1 1 5 4-15 4
13 Şuşa 6 1 0 5 2-6 3
14 Muğan 7 1 0 6 3-2 3
0