“Azərbaycan tərəfi ilə danışıqların heç bir mənası yox idi”
02.12.2011 - 12:46
“Azərbaycan tərəfi ilə danışıqların heç bir mənası yox idi”
“2004-cü ildən məni Azərbaycana çağırırdılar. 7 il ərzində daim yığmada oynamağımı təklif edirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Dinamo” (Moskva) klubunun futbolçusu Aleksandr Səmədov deyib.

Əslən azərbaycanlı olan 27 yaşlı yarımmüdafiəçi Rusiya mətbuatına verdiyi geniş müsahibədə AFFA-dan aldığı yığmamızda oynamaq təkliflərini də xatırlayıb: “Mən Azərbaycan millisində oynamaq təklifini həmişə başımda saxlayırdım. Lakin bilirdim ki, bununla razılaşmayacağam. Buna bir çox səbəblər var idi. Rusiya yığmasında oynamaq istəyi, vətəndaşlıq və başqa səbəblər. Bu il yenə onlar gəlmişdilər. Görüşdük, söhbət etdik. Amma bunun heç bir mənası yox idi”.

Qeyd edək ki, Aleksandr artıq 2 oyun keçirdiyindən millimizdə oynamaq şansını birdəfəlik itirib.