Fatih Kavlak: Həm fiziki, həm də psixoloji cəhətdən hazırıq
02.12.2011 - 15:56
“Matça həm fiziki, həm də psixoloji cəhətdən hazırıq. Tək hədəfimiz azarkeşlərimiz qarşısında gözəl oyun nümayiş etdirib, 3 xalı qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.
Türkiyəli mütəxəssis Premyer Liqanın XV turu çərçivəsində dekabrın 4-də qarşılaşacaqları “Sumqayıt Şəhər”lə oyun barədə fikirlərini açıqlayıb. O, klubunun rəsmi saytına müsahibəsində bildirib ki, rəqibin gənclərdən qurulmuş perspektivli heyətə malik olsa da, “Qəbələ”nin yalnız qələbə üçün meydana çıxacaq: “Heyətdə bəzi itkilərimiz var. Əminəm ki, futbolçularım oyunları ilə bu itkiləri hiss etdirməyəcəklər. Rəqib isə gənclərdən təşkil olunmuş çox intizamlı komandadır. Müdafiədə diqqətli oynayırlar. Heyətlərində Azərbaycan futbolunun gələcəyi üçün çox önəmli futbolçular var. Amma bu oyunda qələbə bizim üçün çox vacibdir və inanıram ki, matçın sonunda sevinən tərəf biz olacağıq”.
Qeyd edək ki, doğma meydançada “Sumqayıt Şəhər”lə qarşılaşacaq “Qəbələ” matçöncəsi son məşqinə sabah çıxacaq. 2 gün öncə Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Neftçala”nı mübarizədən kənarlaşdıran komandamızın heyətində bəzi itkilər olsa da, düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür. Deon Barton, Abdulkader Kamara və Rövşən Əmiraslanov zədəyə, Mahir Şükürov isə UEFA-nın qadağasına görə “Sumqayıt Şəhər” qarşı forma geyə bilməyəcəklər.

0
0