“Xəzər Lənkəran”da 2 yeni futbolçu
03.12.2011 - 01:01
“Xəzər Lənkəran”da 2 yeni futbolçu
Premyer Liqanın XV turu çərçivəsində “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” dünən axşam məşqinə çıxıb. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” bu heyətlə məşq edib: Kamran Ağayev, Kamal Bayramov, Orxan Sadıqlı ,Elnur Allahverdiyev, Elvin Beqiri, Eder Bonfim, Zahid Quliyev, Şəhriyar Xəlilov, Rahid Əmirquliyev, Katalin Doman, Adrian Pits, Julius Vobay, Habil Nurəhmədov, Eldar İsmayılov, Alim Qurbanov, Elnur Abdullayev, Andrey Mureşan, Mario Rosas, Antonio Semedo, Deyan Rusiç və Branimir Subaşiç.

Məşqə “Xəzər Lənkəran”ın 17 yaşlılardan ibarət komandadan dəvət olunmuş iki gənc futbolçu da qatılıb. Hazırlıq prosesi zamanı futbolçuların arasındakı münasibətdən hiss olunurdu ki, “İnter”lə oyuna hazırlıq çox ciddi gedir.

Belə ki, məşqçilərin tapşırıqlarına lazımi qaydada riayət olunmayınca, futbolçular həmin tapşırıqları yenidən təkrar edib, məşqçiləri razı salmağa çalışırdılar. Elə Elnur Abdullayevin də məşq zamanı sərgilədiyi əzmkarlıq təqdirə layiq idi. Baş məşqçi Mirça Rednik də standart vəziyyətlərin yerinə yetirilməsində üstünlüyü ona verirdi.
12-ci oyunçu