Foqts bu gün gəlir, sabah çempionatı izləyəcək
03.12.2011 - 10:53
Foqts bu gün gəlir, sabah çempionatı izləyəcək
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, Lüksemburqda təqvimin müzakirəsindən sonra vətəninə yollanan 65 yaşlı almaniyalı mütəxəssis yenidən paytaxtımızda iş başında olacaq.

Foqts sabah keçiriləcək Premyer Liqanın XV turunun oyunlarını izləyəcək. O, dekabrın 5-dən 8-dək isə Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək.

Qeyd edək ki, AFFA-nın noyabrın 30-da keçirilən İcraiyyə Komitəsinin iclasında Foqtsla 2014-cü ilədək müqavilə bağlanmağı haqda qərar çıxarılıb.