Aleksandr Səmədov: Bundan da pis ola bilərdi
03.12.2011 - 11:05
Rusiya yığmasında çıxış edən azərbaycanlı futbolçu Aleksandr Səmədov Avro-2012-nin final mərhələsinin püşkünə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”sunda oynayan soydaşımız daha çətin qrupa düşmədiklərinə şükür edir.
“Normal püşk oldu, pis də ola bilərdi. Prinsipcə, bütün komandalar səviyyəsinə görə bərabərdir, hamısı yetərincə təhlükəlidir. Polşa yığması meydan sahibidir, Yunanıstan və Çexiya milliləri isə güclü rəqiblərdir” – deyə, Səmədov bildirib.
Qeyd edək ki, Aleksandr ötən seçmə mərhələnin sonunda Rusiya yığmasına cəlb olunmaqla, millimizdə oynamaq məsələsi birdəfəlik bağlandı. İndi 27 yaşlı yarımmüdafiəçi final mərhələsinə aparılacağına ümid edir.

- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- “Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
- Enzonu ver, Rodriqonu al: "Real"dan "Çelsi"yə barter təklifi
0
0