Lənkəranda zirvə döyüşü
03.12.2011 - 12:56
Sabah Premyer Liqada XV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ilk dəfə tur eyni gündə olacaq. Noyabrın 30-da Azərbaycan kubokunun 1/8 final oyunları keçirildiyindən, komandaların çempionatda həftənin son günü meydana çıxmağı daha məqsədəuyğun sayılıb.
Sözsüz ki, turun mərkəzi görüşü Lənkəranda keçiriləcək. Liderlər qrupunda yer alan “Xəzər Lənkəran”la “İnter” zirvə döyüşünə çıxacaq. Onlardan biri hazırkı lider “Neftçi” büdrəyərsə, 1-ci pilləyə yüksələcək. Lənkəranlılar bunun üçün mütləq qalib gəlməlidir. O zaman cənub təmsilçisi həm özünün 3 oyunluq qələbəsiz, həm də “İnter”in 11 oyunluq məğlubiyyətsiz seriyasına son qoyacaq.
“Xəzər Lənkəran” “Neftçi”yə öz aralarındakı matçların (evdə 1:0, səfərdə 0:5) ümumi nəticəsinə görə uduzduğundan, xallar bərabər olarsa, ondan geridə qalacaq. “İnter” isə həm “Xəzər Lənkəran”, həm də “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldiyindən, rəqiblərini xallar bərabər olanda, qabaqlayacaq.
Təbii ki, liderliyini qorumaq ilk növbədə “Neftçi”nin özündən asılıdır. Son çempion bunun üçün evdə “Simurq”a qalib gəlməlidir. Həmin “Simurq” ki, noyabrın 30-da ölkə kubokunun 1/8 final mərhələsində məğlub edilib – 1:0. Bununla da komandalar 4 gündə 2-ci dəfə görüşərək, bu dəfə çempionatda münasibətlərini ayırd edəcək.
Liderlərin ən yaxın izləyicisi olan “Bakı” paytaxt derbisinə çıxacaq. AZAL-la səfər oyunu son vaxtlar məğlubiyyətsiz irəliləyən “zolaqlılar” üçün asan olmayacaq. Çünki “təyyarəçilər” ilk dövrədə “Bakı” ilə səfərdə qolsuz bərabərliyə qalan baş məşqçisi Elxan Abdullayevin istefa verməsindən sonra yüksəlişdədir və onun köməkçisi olmuş Rafiq Mirzəyevin rəhbərliyi altında hələlik uduzmayıb.
“Qarabağ” son vaxtlar üzləşdiyi qələbəsizlik həsrəti Tovuzda bitirmək iddiasındadır. “Turan”dakı maliyyə problemləri uğursuz çıxışla müşahidə olunur. Ağdamlılar autsayderlər qrupunda yer alan rəqibi ilə oyunda vacib 3 xalı qazanmalıdır.
6-cı pillə uğrunda gərgin mübarizə aparan, xalları bərabər olan “Rəvan”la “Qəbələ” ev oyunlarına çıxacaq. İkincilərin son pillədə gedən “Sumqayıt Şəhər” ilk ev oyununda qələbə şansı çoxdur. Qəbələliləri şəxsi oyuna (səfərdə 3:2) görə qabaqlayan debütant üçün “Kəpəz” xüsusi rəqibdir. Belə ki, “Rəvan” Premyer Liqada ilk oyununu məhz onunla keçirib. Gəncədəki matçda qonaqlar 2:1 hesabı ilə irəlidə olsa da, son dəqiqələrdə Ceyhun Sultanovun etdiyi dubldan sonra 1 xal da qazana bilmədi.
I turdakı həmin oyunla müqayisədə komandalarda xeyli dəyişiklər olub. Əvvəla, “Rəvan”ın məğlubiyyətində Ceyhunun uzaq məsafədən zərbələri zamanı kobud səhvləri ilə əsas günahkar olan Estoniya yığmasının qapıçısı Artur Kotenko artıq qovulduğundan, bu dəfə oynamayacaq. Komandaların baş məşqçiləri çempionatın gedişində istefa verdiyindən, bu dəfə başqa çalışdırıcıların görüşü olacaq. Paytaxt klubunda Bəhmən Həsənovu Vladislav Qədirov, Gəncə təmsilçisində Mehman Allahverdiyevi Mirbağır İsayevlə əvəzləyib. Özü də İsayev ötən mövsüm I divizionun çempion etdiyi “Abşeron”u çalışdırdığı zamanı “Rəvan”la görüşdüyündən, rəqibi, həmkarını yaxşı tanıyır. Qədirov 2-ci yerlə komandanı Premyer Liqaya çıxarsa da, 1-ci olan “Abşeron” dağıldığından, İsayev onunla baş məşqçi kimi güclülər dəstəsində debüt edə bilmədi.
14:00. “Neftçi” – “Simurq”
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Rza Məmmədov, Teymur Fərhadov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Bakıdakı oyunların balansı: 5 oyun: +4=1-1 (7-2).
2006/07 – 1:0, 2007/08 – 2:1, 2008/09 – 0:0, 2009/10 – 0:1 (təsnifat), 2010/11 – 4:0 (təsnifat).
İlk dövrədəki oyun – 2:1.
14:00. ”Qəbələ” – “Sumqayıt Şəhər”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Fuad Həsənov.
Qəbələ. Şəhər stadionu.
Komandalar Qəbələdə görüşməyiblər.
İlk dövrədəki oyun – 2:1.
14:00. “Turan” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov
Tovuz. Şəhər stadionu
Tovuzdakı oyunların balansı: 17 oyun: +9=2-6 (19-17).
1992 – 2:0, 1993 – , 1993/94 – 2:0, 1994/95 – 2:1, 1995/96 – 0:2 (təsnifat), 1996/97 – 2:1, 1997/98 – 1:5, 1998/99 – 3:0 (texniki qələbə, təsnifat mərhələsi), 1999/00 – 0:0, 2000/01 – 3:0 (texniki qələbə), 2003/04 – 0:0, 2004/05 – 4:0, 2005/06 – 2:1, 2006/07 – 3:1, 2007/08 – 0:2, 2008/09 – 0:1, 2009/10 – 1:2 (təsnifat), 2010/11 – 0:1 (təsnifat).
İlk dövrədəki oyun – 1:3.
16:00. “Xəzər Lənkəran” – “İnter”
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Ramiz Əsədov, Orxan Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu.
Lənkərandakı oyunların balansı: 9 oyun: +2=6-1 (10-9).
2004/05 – 0:0, 2005/06 - 1:1, 2006/07 – 0:0, 2007/08 – 3:1, 2008/09 - 2:4, 2009/10 – 1:0 (təsnifat), 2:2 (“altılıq”), 2010/11 – 0:0 (təsnifat), 1:1 (“altılıq”).
İlk dövrədəki oyun – 0:1.
16:00. AZAL – “Bakı”
Hakimlər: Anar Salmanov, Elman Musayev, Zeynal Zeynalov, Elvin Əsgərov
Bakı. “AZAL Arena” stadionu.
AZAL-ın ev oyunlarının balansı: 7 oyun: +3=2-2 (6-3).
2005/06 – 0:1, 2006/07 – 0:0, 2007/08 – 3:0, 2008/09 – 2:1, 2009/10 – 0:1 (təsnifat), 2010/11 – 0:0 (təsnifat), 1:0 (“altılıq”).
İlk dövrədəki oyun – 0:0.
16:00. “Rəvan” – “Kəpəz”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov
Bakı. “Dalğa Arena” stadionu
Komandalar Bakıda görüşməyiblər.
İlk dövrədəki oyun – 2:3.
Bombardir: Bahodir Nasimov - 6 qol (“Neftçi”), Uinston Parks - 6 qol (“Bakı”)

4 dekabr |
---|

Komanda | O | Q | H | M | Qollar | Xallar | |
---|---|---|---|---|---|---|---|
1 | Neftçi | 14 | 9 | 1 | 4 | 23-11 | 28 |
2 | Xəzər Lənkəran | 14 | 8 | 4 | 2 | 20-15 | 28 |
3 | İnter | 14 | 7 | 5 | 2 | 12-8 | 26 |
4 | Bakı | 14 | 7 | 4 | 3 | 22-12 | 25 |
5 | Qarabağ | 14 | 6 | 3 | 5 | 17-14 | 21 |
6 | Rəvan | 14 | 4 | 6 | 4 | 17-17 | 18 |
7 | Qəbələ | 14 | 5 | 3 | 6 | 14-18 | 18 |
8 | AZAL | 14 | 4 | 5 | 5 | 18-17 | 17 |
9 | Simurq | 14 | 4 | 4 | 6 | 13-15 | 16 |
10 | Kəpəz | 14 | 3 | 4 | 7 | 17-23 | 13 |
11 | Turan | 14 | 3 | 2 | 9 | 9-21 | 11 |
12 | Sumqayıt Şəhər | 14 | 2 | 3 | 9 | 7-18 | 9 |

0
0