Rusiya yığması növbəti yoldaşlıq görüşünün detallarını dəqiqləşdirdi
03.12.2011 - 13:14
Rusiya yığması növbəti yoldaşlıq görüşünün detallarını dəqiqləşdirdi
Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsində rəqibi olan Rusiya yığması Danimarka ilə yoldaşlıq görüşünün tarixi və məkanını dəqiqləşdirib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız Skandinaviya təmsilçisi ilə gələn ilin fevralın 29-da səfərdə üzləşəcək. Bu, Kopenhagenin “Park” stadionunda olacaq.

Növbəti seçmə mərhələyədək təqvimdən danışan Rusiya yığmasının hollandiyalı baş məşqçisi Dik Advokat final mərhələsində Danimarka ilə bir qrupa düşmədiklərinə görə yoldaşlıq görüşü keçirməyə qərar verdiklərini bildirib: “İndi biz yoldaşlıq görüşləri ilə bağlı son qərar qəbul etməliyik. Bizim bir neçə federasiya ilə danışıqlarımız olub. Ancaq püşkün nəticəsini gözləyirdik ki, qrupdakı rəqiblərimizə aydınlıq gəlsin. Artıq indi məlumdur ki, növbəti yoldaşlıq görüşünü fevralda Danimarka ilə keçirəcəyik”.

Qeyd edək ki, Rusiya yığması millimizlə ilk olaraq evdə, ardından səfərdə görüşəcək.