Milli komandamız Rusiya klubuna uduzdu
03.12.2011 - 14:15
Milli komandamız Rusiya klubuna uduzdu
Rusiyada təlim-məşq toplanışında olan Azərbaycan futzal yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Moskvadakı hazırlıq çərçivəsində “Norilski Nikel” klubu ilə görüşüb.

Oyun 6:4 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb. Millimizin heyətində Rəcəb Fərəczadə dubl edib. Rizvan Fərzəliyevlə milliləşdirilən braziliyalı Tyaqo hərəyə 1 fərqlənib.

Qeyd edək ki, bu, milli komandamızın dekabrın 15-dən 18-dək Bakıda keçiriləcək dünya çempionatının II seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Mənbə: affa.az