Azərbaycan çempionu “Dinamo”nun məşqçisi təyin edildi
03.12.2011 - 14:59
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Sergey Pavlyukoviç məşqçiliyə başlayıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı belaruslu müdafiəçi Minsk “Dinamo”sunun məşqçisi təyin edilib.
Sergey yeni baş məşqçi kimi təsdiqlənən Aleksandr Sednevin köməkçilərindən biri olub. O, karyerasının böyük hissəsini məhz “Dinamo”da (2004-09-cu illər, 124 oyun, 7 qol) keçirib və orada da yaşıl meydanda çıxışını başa vurub. Belaruslu Minsk klubunda oynadığı zamanı – 2007-ci ilin qışında ölkəmizə gələrək, “Xəzər Lənkəran”ın təklifini qəbul edib. Mərkəz müdafiəçisi Lənkəran klubunda oynadığı yarım ildə həm ölkə çempionluğu, həm də kuboku qazanaraq, “qızıl dubl” edib.
Sergey “Xəzər Lənkəran” həmin mövsüm bitəndən sonra onunla müqaviləni uzatmamağa qərar verən zamanı “Dinamo”ya qayıdıb.

0
0