Fərid Quliyev: “Simurq” o komandalardandır ki...
03.12.2011 - 15:13
“Son oyunlarla əlaqədar bir neçə gün idi Bakıdan kənarda idik. Paytaxta yenicə qayıtmışıq. Bunu nəzərə alan məşqçilər korpusu futbolçulara istirahət vermişdi. Artıq məşqlərimizi bərpa edib, oyuna hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun hücumçusu Fərid Quliyev deyib.
“Ağ-qaralar” Premyer Liqanın XV turunda “Simurq”la görüşəcək ki, bu komandalar 3 gün öncə ölkə kubokunun 1/8 final mərhələsində də qarşılaşıblar. Paytaxt təmsilçisi Zaqataladakı həmin matçda azlıqda qalmasına baxmayaraq, qələbə sayəsində mərhələ keçmişdi. Quliyevin fikrincə, komandası çempionatda da rəqibini məğlub etmək gücündədir: “Düzdü, kubokla çempionat oyunu fərqlidir. Amma biz yenə də qələbə qazanmaq iddiasındayıq. Turnir cədvəlindəki liderliyimizi itirmək istəmirik. Yaddan çıxarmaq olmaz ki, indi çempionatda zəif rəqib yoxdur. “Simurq” o komandalardandır ki, sonadək mübarizə aparır. Onlar yenə döyüşəcəklər”.
Komandaların 3 gündən bir oynamasına gəlincə, Fərid bunu müsbət amil sayır: “Əlbəttə ki, belə daha yaxşıdır. Bütün Avropada belədir. Artıq biz də buna uyğunlaşmalıyıq. Məşqlər planlı şəkildə həyata keçirildiyi üçün heç bir “yükləmə” yoxdur”.
Quliyev əsas heyətdə az-az oynamasına da münasibət bildirib: “Bizdə 3 hücumçu var. Emil Mpenza, Bahodir Nasimov və mən. Amma biz meydanda adətən 1 hücumçu ilə mübarizə aparırıq. Yəni, 3 futbolçunun hamısı birdən meydançaya çıxa bilməz. Odur ki, vaxtımı gözləyirəm. Baş məşqçi nə vaxt şans verərsə, canla-başla mübarizə aparmağa hazıram”.
Qeyd edək ki, Arif Əsədovun baş məşqçiliyi vaxtında “Simurq”a icarəyə verilən Quliyev Böyükağa Hacıyevin gəlişi ilə yenidən paytaxt klubuna qayıdıb.

0
0