Roman Pavlyuçenko “Lokomotiv”lə 3 illik müqaviləni razılaşdırdı
03.12.2011 - 15:34
Roman Pavlyuçenko “Lokomotiv”lə 3 illik müqaviləni razılaşdırdı
Rusiya milli komandasının futbolçusu Roman Pavlyuçenkonun İngiltərənin “Tottenhem” klubundan gedişi reallaşıb. Apasport.az saytının məlumatına görə, vətənə qayıtmağa qərar verən 29 yaşlı hücumçu Moskva “Lokomotiv”inə keçidini həll edib. Romanın yeni komandası ilə şərtlərini razılaşdırdığı müqavilənin müddətinin 3 illik olmağı nəzərdə tutulub. Onun “dəmiryolçular”ın ilk təlim-məşq toplanışında iştirakı nəzərdə tutulub ki, bu, gələn ilin yanvarında Portuqaliyada olacaq.

Pavlyuçenko 2008-ci ildə Moskva “Spartak”ından keçdiyi London təmsilçisinin heyətində cari mövsümdə az oynayır. O, ilk növbədə yığmanın Avro-2012-nin final, ardından Azərbaycan milli komandasının da yer aldığı DÇ-2014-nün seçmə mərhələsi matçları öncəsi daha çox oyun praktikası qazanmaq üçün klubunu dəyişməyi qərara alıb.

Qeyd edək ki, Roman yığmasının millimizə ilk qol vuran futbolçusu kimi tarixə düşüb. 2009-cu ilin martında “Lujniki” stadionunda yığmamıza 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda cərimə zərbəsindən hesabı açıb.