Amit Quluzadə xal itkisinə üzüldü
04.12.2011 - 09:52
Amit Quluzadə xal itkisinə üzüldü
Türkiyə çempionatının aşağı dəstəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin şərəfini qoruduğu “Ərciyəsspor” öz meydanında “Elazığspor”u qəbul edib. Bank Asiya I Liqada liderlik iddiasında olan Kayseri təmsilçisi bu matçda qələbə qazana bilməyib – 1:1. Amit bu qarşılaşmanın ilk yarısında iştirak edib. Fasilədə əvəzlənin Quluzadə hər 2 qolu ehtiyat oyunçular skamyasından izləyib: əvvəl qonaqlar, sonra onun komandası fərqlənib.