Bakıya gəlməkdən imtina etdi, Sanderlendə getdi
04.12.2011 - 11:18
Bakıya gəlməkdən imtina etdi, Sanderlendə getdi
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində rəqibi olan Şimali İrlandiya yığmasının baş məşqçi postuna namizədlərdən olan Martin O’Nil özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis rəqibimizi çalışdırmaqdan imtina etdikdən sonra karyerasını İngiltərədə çalışacaq. Britaniyada “Seltik”, “Lester”, “Aston Villa”da uğurlu işi ilə tanınan məşqçi “Sanderlend”lə anlaşıb. O, bu klubda Stiv Brüsü əvəzləyib.