Yığmamızın futbolçusundan bərbad oyun
04.12.2011 - 12:01
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə Türkiyə çempionatındakı ən zəif oyunlarından birini keçirib. Apasport.az saytının məlumatına görə, Bank Asiya I liqada çıxış edən “Ərciyəsspor”un yarımmüdafiəçisi “Elazığspor”la matçın ən zəiflərindən olub. Belə ki, Türkiyə mətbuatı onun oyununu cəmi 4 balla qiymətləndirib. 1:1 hesabı ilə başa çatan görüşün yalnız 1-ci hissəsində oynayan Amitin fasilədə əvəzlənməsi də məhz bununla bağlı olub. O, komandasında ən aşağı qiymətə layiq görülən 4 futbolçudan biri olub.
0
0