Ölkə çempionu uduzdu
04.12.2011 - 13:20
Ölkə çempionu uduzdu
Futzal üzrə Ukrayna çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvləri Serjao və Biro Jadenin şərəfini qoruduğu “Uraqan” “Energiya”nın qonağı olub. Son Ukrayna çempionu cari mövsümün lideri qarşısında aciz qalıb – 1:4. Milliləşən braziliyalılarımızdan yalnız Serjao məğlubiyyətin iştirakçısı olub. Biro Jade isə bu dəfə də meydana çxmayıb

Qeyd edək ki, 9 oyundan sonra hesabında 16 xal olan “Uraqan” 1 oyun çox keçirən liderdən 8 xal geri qalaraq 3-cü pillədə qərarlaşıb.