Hardasan, ay Biro Jade?
04.12.2011 - 16:25
Hardasan, ay Biro Jade?
“Komandamızın Biro Jadesiz fərqli komanda təsiri bağışladığı haqda suala cavab vermək istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna çempionu “Uraqan”ın baş məşqçisi Sergey Qupalenko deyib.

O, son vaxtlar uğursuz çıxış edən komandasının oyununda Azərbaycan milli komandasının futzalçısı Biro Jadenin yoxluğu ilə bağlı olduğunu etiraf edib: “Bu çox pis şeydir. Bu haqda danışmaq, heç fikirləşmək də istəmirəm. Heç belə olmasını da istəmirəm. Amma belə alınır ki, Biro Jadesiz qeyri-standart, gözlənilməz qərarlar, ötürmələr yoxdur. Komandada lider çatışmazlığı hiss olunur. Belə olmamalıdır axı. Biz 1 nəfər yox, komandayıq. 16 futzalçımız var. Lakin bu belədir. Yeni transferlərimiz məni qane etmir”.

Baş məşqçi millimizin digər braziliyalısı Serjaonun zəif oyununu da Biro Jade ilə əlaqələndirib: “Rəqiblərimiz Serjaoya çox böyük diqqət ayırırlar. Ona çox çətindir. Kimsə ona kömək etməlidir. İki rəqib omu tutursa deməli hansısa oyunçumuz boş qalır. Lakin bundan yararlanan yoxdur. Serjao isə təkbaşına 2 rəqiblə nə edə bilər? O, hücumların sonluğunda güclüdür, lakin Serjaonu bu mövqeyə çıxaran yoxdur. Biro Jadenin yoxluğunda heç kim Serjaonu belə mövqeyə çıxara bilmir”.