“Biz də bundan istifadə etdik”
04.12.2011 - 16:42
“Biz də bundan istifadə etdik”
“Bu gün qalib gəlmək istəyirdik, oyuna qələbə əzmi ilə çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak deyib.

Türkiyəli mütəxəssis Premyer Liqanın XV turunun “Sumqayıt Şəhər”lə oyunu (3:1) haqda fikirlərini açıqlayıb: “Hər iki hissədə komandamız yaxşı oynadı. İkinci hissədə rəqib hücuma daha çox çıxdı, biz də bundan istifadə edib iki qol vurduq”.