Böyükağa Hacıyev: Onlar unudurdular ki, rəqibləri “Neftçi”dir
04.12.2011 - 17:46
Böyükağa Hacıyev: Onlar unudurdular ki, rəqibləri “Neftçi”dir
“Bir həftədə ikinci dəfədir ki, “Simurq”la qarşılaşırıq. İlk hissədən sonra fasilədə futbolçularıma bəzi məsləhətlər verdim və onlar da dediklərimə əməl etdilər, istədiyim oyunu sərgilədilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, Premyer Liqanın XV turunun “Simurq”la oyunu (4:2) haqda fikirlərini açıqlayıb: “Simurq” Bakıya qələbə qazanmaq üçün gəlmişdi. Ancaq onlar unudurdular ki, rəqibləri “Neftçi”dir. Qapımızdan buraxdığımız ikinci top da təsadüfi qol idi. Biz istədiyimiz rəqibə, istədiyimiz hesabla qalib gələ bilərik. “Simurq”un “Neftçi”yə rəqib olmasına hələ çox var. Rəqibə uğurlar arzulayıram”.