Sergey Yuran səhvlərdən şikayətləndi
04.12.2011 - 17:47
Sergey Yuran səhvlərdən şikayətləndi
“Maraqlı oyun oldu. Tamaşaçılar bol qollu oyun izlədi. Bura qələbə qazanmaq üçün gəlmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Sergey Yuran deyib.

Rusiyalı mütəxəssis Premyer Liqanın XV turunun “Neftçi” ilə oyunu (2:4) haqda fikirlərini açıqlayıb: “Ancaq təəssüflər olsun ki, səhvlər nəticəsində qapımızda qollar gördük. Son müdafiəçimiz Vidas Alunderis bu gün oynamırdı. Bəzi səhvləri nəzərə almasaq komandamdan razıyam. Bu səhvləri aradan qaldırmağa çalışacağıq”.