“Hər şeyi sıfırdan başladıq”
04.12.2011 - 18:07
“Son dörd ay ərzində dördüncü dəfədir ki, heyətə əl gəzdiririk. Bugünkü oyunda ona yaxın futbolçunun xidmətindən istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Təcrübəli mütəxəssis Premyer Liqanın XV turunun “Qarabağ”la oyunu (0:1) haqda fikirlərini açıqlayıb: “Hər dəfə gənc, təcrübəsiz futbolçuları heyətə cəlb edirik. Hər şeyi sıfırdan başladıq. Buna görə də oyunun əvvəlində qapımızda qol gördük. Təəssüf ki, final fitinədək də bunu düzəldə bilmədik”.

0
0