1000 qolun qurbanları: “Neftçi” “Turan”a 63 qol vurub
04.12.2011 - 19:14
1000 qolun qurbanları: “Neftçi” “Turan”a 63 qol vurub
Premyer Liqanın bu gün keçirilən XV turunda “Neftçi” ölkə çempionatları tarixində 1000-ci qolunu vurdu. Apasport.az saytının məlumatına görə, “Simurq”u 4:2 hesabı ilə məğlub edən bakılılar qollarının sayını artıq 1003-ə də çatdırıb. Komandanın bu qolları hansı rəqiblərə vurduğu da maraq doğurur. 1992-ci ildən start götürən milli çempionatlara nəzər salsaq görərik ki, “Neftçi” ən çox “Turan”a - 63 qol vurub. Azərbaycan çempionatları tarixində cəmi 5 klub var ki, “Neftçidən qol buraxmayıb. Lakin bu onların ağ-qaralarla qarşılaşmamasından irəli gəlir.

“Neftçi”nin milli çempionatda oynamış bütün klublara vurduğu qollar
Turan (Tovuz) 63
Kəpəz (Gəncə) 53
Bakı 52
Şahdağ (Qusar) 49
Xəzər (Sumqayıt) 47
MOİK (Bakı) 46
Qarabağ (Ağdam) 46
İnter (Bakı) 42
Viləş (Masallı) 40
Şəfa (Bakı) 37
Kür (Mingəçevir) 33
Pambıqçı (Bərdə) 32
Şəmkir 29
Bakılı 28
ANS Pivani (Bakı) 27
Gənclərbirliyi (Sumqayıt) 23
Kürmük (Qax) 21
Xəzər Lənkəran 20
Qəbələ 20
Pambıqçı (Neftçala) 20
Simurq (Zaqatala) 19
AZAL (Bakı) 16
Araz (Naxçıvan) 16
Azneftyağ (Bakı) 15
Ümid (Cəlilabad) 15
İnşaatçı (Bakı) 14
Xəzər (Lənkəran) 14
Karvan (Yevlax) 13
MKT-Araz (İmişli) 13
Avtomobilçi (Yevlax) 13
Xəzri (Buzovna) 12
Energetik (Əli-Bayramlı) 11
Standard (Sumqayıt) 10
Ədliyyə (Bakı) 10
Göyəzən (Qazax) 9
Muğan (Salyan) 9
Şirvan (Şamaxı) 9
Çıraqqala (Siyəzən) 8
İnşaatçı Sabirabad) 8
Ümid (Bakı) 6
Karat (Bakı) 6
Masallı 6
Sumqayıt Şəhər 4
Neftqaz (Bakı) 3
Fərid (Bakı) 3
Avey (Ağstafa) 3
Şahdağ (Quba) 3
Azəri (Bakı) 2
Lokomotiv (İmişli) 2
ABN-Bərdə 2
Rəvan (Bakı) 1
Daşqın (Zaqatala) 0
Plastik (Salyan) 0
Şirvan (Kürdəmir) 0
Gənclik (Nəvahi) 0
Bozqurd (Samux) 0
Cəmi 1003
0