Mirça Rednik: Bu, “Xəzər Lənkəran”ın xeyrinə olan qərardır
04.12.2011 - 19:57
“Mənim “Xəzər Lənkəran”dan ayrılmağım istefa deyil. Nə istefa vermişəm, nə də klub rəhbərliyi məni istefaya göndərib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçi postundan istefaya göndərilən Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis postunu tərk etməsinin klub naminə atılan addım olduğunu açıqlayıb: “Biz klub prezidenti ilə söhbət edib, komandadan ayrılmağımın ən düzgün addım olduğu qərarına gəldik. Mənim gedişim futbolçular üçün müsbət stimul ola bilər. Bəlkə bu yolla vəziyyətdən çıxmaq mümkün oldu. Komandadan sırf nəticələrə görə ayrılıram. Düşünürəm ki, bu “Xəzər Lənkəran”ın xeyrinə olan qərardır”.

0
0