“Belə oyunların taleyini həmişə bir qol həll edir”
04.12.2011 - 19:59
“Belə oyunların taleyini həmişə bir qol həll edir”
“İnter” və “Xəzər Lənkəran” komandaları arasında oyunlar hər zaman maraqlı keçib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun məşqçisi Georgi Çixradze deyib.

Baş məşqçi Kaxaber Sxadadzenin köməkçisi Premyer Liqanın XV turunun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayıb: “Belə oyunların taleyini həmişə bir qol həll edir. Bu gün də belə oldu, qələbə qolunu biz vurduq”.