İsrail yığmasının yeni baş məşqçisi ayda 15 min dollar maaş alacaq
05.12.2011 - 09:40
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan İsrail yığmasının yeni baş məşqçisinin məvacibi açıqlanıb. Apasport.az saytının məlumatına görə, İsrail Futbol Federasiyasının (İFF) yığmanın “sükanı”nı etibar edəcəyi Eli Qutmanın aylıq maaşı 15 min dollar olacaq. İFF 54 yaşlı mütəxəssisin illik qazancının 180 min dolları aşmayacağını müəyyənləşdirib. Qurumun prezidenti Avi Luzon fransalı mütəxəssis Luis Fernandeslə yollarını ayırandan sonra seçimini məhz yerli çalışdırıcı Qutmanın xeyrinə edəcəyini dəqiqləşdirib. Federasiyanın Rəyasət Heyəti onun təyinatını gələn ilin yanvarında formal olaraq təsdiqləyəcək.
Qeyd edək ki, Qutmanın İsrail yığmasının baş məşqçisi postunda rəsmi debütü növbəti seçmə mərhələnin startında - gələn ilin sentyabrın 7-də millimizlə səfər oyununda reallaşacaq.
Qeyd edək ki, Qutmanın İsrail yığmasının baş məşqçisi postunda rəsmi debütü növbəti seçmə mərhələnin startında - gələn ilin sentyabrın 7-də millimizlə səfər oyununda reallaşacaq.
0
0