Dünya futbolunun əfsanəsi zəhərlənmədən öldü
05.12.2011 - 11:37
Dünya futbolunun əfsanələrindən olan Sokrates vəfat edib. Apasport.az saytının məlumatına görə, Braziliya yığmasının sabiq kapitanı San-Paulu xəstəxanalarının birində 57 yaşında dünyasını dəyişib. Xəstəxanaya zəhərlənmədən sonra ağır vəziyyətdə gətirilən veteran futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Sokrates dünya futbolu tarixində ən yaxşı yarımmüdafiəçilərdən hesab olunub. O, 1979-86-cı illərdə oynadığı yığmada 22 qol vurub. Saxladığı saqqalı ilə yadda qalan braziliyalı ixtisasına görə həkim olub və futbolçu karyerasını bitirəndən sonra tibbi fəaliyyətlə məşğul olub.
Sokrates, həmçinin jurnalistika (özü də təkcə idman yox) kimi çalışıb və televiziyada futbol şərh edib. Alkoqolla bağlı ciddi problemi olan keçmiş futbolçu siqaret də həddən çox çəkirmiş. Sokrates avqust-sentyabrda spirtli içkiləri həddən çox qəbul etməyi nəticəsində mədə qan axmağı keçirməsi ilə xəstəxanada yatıb.

0
0