Rauf Əliyev Berti Foqtsla müqavilənin uzadılması qərarına münasibət bildirdi
05.12.2011 - 11:53
Rauf Əliyev Berti Foqtsla müqavilənin uzadılması qərarına münasibət bildirdi
“İcraiyyə Komitəsinin millinin baş məşqçisi Berti Foqtsla müqavilənin müddətinin 2014-cü ilə qədər artırılmasını tam dəstəkləyirəm”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.

Ötən həftə AFFA-nın İcraiyyə Komitəsinin toplantısı keçirilsə də, Əliyev ölkə xaricində olduğundan üzvü olduğu qurumun iclasına qatıla bilməmişdi. Gec də olsa, fikirlərini açıqlayan assosiasiya rəsmisi Berti Foqtsla müqavilənin müddətinin artırılması qərarını dəstəkləyib: “Çünki onun kimi beynəlxalq səviyyəli bir məşqçinin təcrübəsindən və bacarığından bəhrələnməliyik. Mən həmişə onun işini və fəaliyyətini yüksək qiymətləndirmişəm”.