Lənkəran Mirça Redniki göz yaşları və alqışlarla yola saldı
05.12.2011 - 13:09
Lənkəran Mirça Redniki göz yaşları və alqışlarla yola saldı
Premyer Liqanın XV turunda “İnter”ə məğlubiyyətdən (0:1) sonra “Xəzər Lənkəran”ın baş məşqçisi postundan ayrılan Mirça Rednik bu gün səhər saatlarında Lənkərandan yola salınıb. Apasport.az saytının xəbərinə görə, öncə stadion əməkdaşları ilə vidalaşan rumıniyalı mütəxəssis ardından azarkeşlərə yaxınlaşıb.

İstər stadion əməkdaşları, istərsə də azarkeşlər Redniklə vidalaşarkən, göz yaşlarını saxlaya bilməyiblər. Elə rumıniyalı da göz yaşlarını saxlaya bilməyib. Daha sonra Rednik onu gözləyən Mihay Teja və Covanni Melkiorenin oturduğu maşına yaxınlaşıb. Bu zaman azarkeşlərdən bir çoxu “Mirça, sən bizim qəlbimizdəsən!” dedilər və stadionun qarşısından başlayaraq, “Lənkərançay”ın üzərindəki körpüyə qədər insanlar Redniki alqışla yola saldılar.

Stadionun əsas girişində isə küçəni süpürən 60 yaşlı bir qadın “Rednik kimi səmimi məşqçini görməyə yaşım çatarmı, görəsən?” deyərək, hönkürtü ilə ağlayırdı. Bu mənzərəni gördükdən sonra vidalaşma mərasimindən qayıdaraq stadionun qarşısından azarkeşlərdən bir neçəsi də kövrəldi.

12-ci oyunçu