“Məndə nəsə alınıb ki, Azərbaycan yığmasına dəvət olunmuşam”
05.12.2011 - 13:24
“Əlbəttə, milli komandaya dəvət aldığım üçün şad olduğumu etiraf edirəm. Ancaq bu, hələ yalnız təlim-məşq toplanışıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının debütantı Şamil Qurbanov deyib.
Rusiyanın “Volqa” klubunun gənc müdafiəçisi millimizin bu gün başlayan, dekabrın 8-dək Bakıda davam edəcək seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edir. Şamil yarım ildən az müddətdə əsas yığmamıza kimi irəliləyə bilib. Belə ki, U-19-nin heyətində Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edən Qurbanov ardından U-21-lə Almaniyada təlim-məşq toplanışında yer aldı.
Şamil “Volqa”nın rəsmi saytına açıqlamasında yığmada oynamağın onun üçün böyük təcrübə qazandırdığını bildirib: “Həmişə məşqçilərin mənə öyrətdiyi kimi yaxşı oynamağa çalışıram. Futbolçu bütün komandalarda nəyi bacardığının hamısını göstərməyə can atmalıdır. Yəqin, məndə nəsə alınıb ki, təlim-məşq toplanışına çağırıblar. Bu, mənə nə verəcək? Birmənalı şəkildə təcrübə. Toplanışlarda özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Bundan sonra necə olacağı orada bilinəcək...”.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0