10-cu məğlubiyyət
05.12.2011 - 15:31
10-cu məğlubiyyət
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Azərbaycanda xoşagəlməz yubiley qeyd edib. Apasport.az saytının məlumatına görə, 56 yaşlı latviyalı mütəxəssis paytaxt təmsilçisinin “sükanı arxası”nda 10-cu məğlubiyyətini alıb.

Bu, Premyer Liqanın XV turunun AZAL-la səfər oyununda rəsmiləşib – 0:1. Bu oyunadək komandanı ümumilikdə 32, yəni çempionatda 27, kubokda 5 qarşılaşmaya çıxaran Starkov 9 dəfə məğlubiyyət acısı dadmışdı. Bunların 8-i Premyer Liqa, 1-i kuboka təsadüf etmişdi. 33-cü oyun isə 10-cu yenilgi ilə nəticələndi.