Rauf Əliyev Almaniyada futbol məktəbinə baş çəkib
05.12.2011 - 15:48
AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Almaniya – Azərbaycan Mədəniyyət Evinin 5 illik yubileyi münasibətilə Almaniyada keçirilən tədbirdə iştirak edib. Apasport.az saytının məlumatına görə, İcraiyyə Komitəsinin də üzvü assosiasiya rəsmisi Berlin şəhərində AFFA tərəfindən açılmış Azərbaycan əsilli uşaqlar üçün futbol məktəbində olub, burada yaradılan şərait və təhsilin səviyyəsi ilə maraqlanıb. Bildirilib ki, bu məktəbdə təhsil alan uşaqlardan təşkil olunmuş komandalar müvafiq yaş qruplarından ibarət liqalarda çıxış edəcəklər.
Yubileylə tədbirində Almaniya – Azərbaycan Mədəniyyət Evinin rəhbəri Tofiq Qarayev tərəfindən Əliyevə üzərində ARDNŞ-nin, Berlindəki futbol məktəbinin və AFFA-nın loqotipi əks olunmuş futbolka, həmçinin top hədiyyə olunub.
Mənbə: affa.az

0
0