“Xəzər Lənkəran” baş məşqçi problemini həll etdi
05.12.2011 - 16:18
“Xəzər Lənkəran” baş məşqçi problemini həll etdi
Bu gün “Xəzər Lənkəran” klubunun rəhbərliyi və üzvlərinin iştirakı ilə iclas keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda istefaya göndərilən Mirça Redniklə bağlı verilən qərardan sonra boş qalan baş məşqçi postuna yeni təyinat rəsmiləşib.

Belə ki, iclasda türk mütəxəssis Cüneyt Biçər yeni baş məşqçisi qismində futbolçulara təqdim edilib. Yayda komandaya gələn Biçər bu günə kimi "Xəzər Lənkəran"ın aşağı yaş qruplarına ümumi nəzarəti həyata keçirirdi.

Klubla türk məşqçi arasında bir il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, Biçər ölkəmizdə “Bakı” klubunda da çalışıb və bu komanda ilə ölkə kubokunu qazanıb.