Parksla Flavinyo sabah mükafatlarını alacaqlar
05.12.2011 - 16:55
Parksla Flavinyo sabah mükafatlarını alacaqlar
Azərbaycan Premyer Liqasında oktyabr və noyabr aylarının ən yaxşı futbolçularının mükafatlandırma mərasiminin tarixi açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandaların baş məşqçiləri və kapitanları, həmçinin mətbuat nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən seçilmiş qaliblər – kosta-rikalı hücumçu Uniston Parksla (“Bakı”) braziliyalı yarımmüdafiəçi Flavinyo (“Neftçi”) sabah mükafatlarını alacaq. “UniPlaza”da keçiriləcək tədbir saat 16:00-da başlayacaq. Flavinyodan fərqli, Parks ilk dəfə bu mükafata sahib çıxacaq.

Qeyd edək ki, apasport.az saytı hər 2 ayın seçimində qalibi düzgün tapıb.