Cüneyt Biçər: “Xəzər Lənkəran” mənə tanış komandadır
05.12.2011 - 17:26
Cüneyt Biçər: “Xəzər Lənkəran” mənə tanış komandadır
“Xəzər Lənkəran”da çalışdığımdan, bu komanda mənə tanışdır. Klubla onsuz da müqaviləm var idi. Ona görə də yeni müqaviləni uzun-uzadı müzakirə etmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Cüneyt Biçər deyib.

Türkiyəli mütəxəssis rumıniyalı Mirça Rednikin istefasından sonra təyin olunduğu postda ona kömək edəcək çalışdırıcıları hələ tam müəyyənləşdirməyib: “Qapıçılarla işləyən məşqçimiz Hafiz Əliyev öz işinə davam edəcək. Digər köməkçilərimin adına isə yaxın günlərdə aydınlıq gələcək”.