“Vəziyyət futbolçuları bezdirmişdi” - MÜSAHİBƏ
06.12.2011 - 00:04
Bakının AZAL klubunun qapıçısı Cahangir Həsənzadənin apasport.az saytına müsahibəsi
- Komandanız yüksəlişini davam etdirir. Hesabat turunda “Bakı”nı üstələdiyiniz oyun barədə nə deyə bilərsiniz?
- Biz birinci dövrədə olduqca çox xal itirmişik. Odur ki, hər növbəti matçda rəqibin kimliyinin bizim üçün fərqi yox idi. Hər turda yalnız qələbə haqda düşünürdük. Artıq hər itirilən 1 xal bizim “altılığ”a düşmək şanslarımızı azaldır. Fərqi yoxdur, rəqib “Qarabağ”, “Bakı”, “Neftçi” və ya “Simurq”du... Bütün bu rəqiblərə eyni gözlə baxır, hamısı ilə oyuna eyni məsuliyyətlə çıxır, eyni səviyyədə hazırlaşırıq. Qarşıda bizi hələ çox gərgin görüşlər gözləyir.
- Müşahidələrdən məlumdur ki, AZAL son zamanlar qol vurduqdan sonra qapısını toxunulmaz saxlaya bilir. Bunun sirri nədir?
- Statistikaya nəzər salsaq, bunu demək olar. Amma qanunauyğunluq hər oyun üçün keçərli deyil. Məsələn, bu il “İnter”ə qarşı keçirdiyimiz hər iki matçda qol vurduqdan sonra top buraxmışıq. Deməzdim ki, bu, ciddi bir şeylə əlaqədardır. Sadəcə, qol vurduqdan sonra biz müdafiədə daha inamlı təsir bağışlayırıq. Qazanılan uğuru əlimizdən buraxmamağa çalışırıq.
- Elxan Abdullayevin dönəmində AZAL qədər qol buraxan komanda yox idi. Amma onun gedişindən sonra 4 oyunda qapınızdan cəmi 1 qol buraxmısınız...
- Bu, “uğursuzluq zolağ”ı idi. Heç bir komanda bundan sığortalanmayıb. Hər bir komanda bəzən 5-6 oyun qol buraxmır, amma digər turlarda qapısında çoxlu qollar görür. Bəxtimizə elə yazılmışdı. Amma indi hər şey yaxşıya doğru dəyişir.
- Bu qədər uğursuz çıxışdan sonra AZAL-ı toparlayan, yaxşı günlərə çıxaran hansı qüvvə oldu?
- Demək olmaz ki, biz uğursuzluğa tez bir zamanda son qoyduq. Sadəcə, biz buna doğru gəlirdik. Qazanılan nəticəni baş məşqçi dəyişikliyi ilə əlaqələndirmək istəməzdim. Çünki 7-8 oyun idi qələbə qazana bilmirdik, ancaq uduzurduq. Vəziyyət futbolçuları da bezdirmişdi. Demək olmaz ki, biz Elxan Abdullayevin dönəmində pis oynayırdıq, o, getdi yaxşı oynamağa başladıq. Sadəcə, hər kəsin ürəyində bir qürur, bir istək var. Qürur hissi dirənən nöqtəyə çatanda məşqçinin fərqi yoxdur.
- Daxili istək olanda, məşqçiyə ehtiyac qalmır?
- Məşqçiyə hər zaman ehtiyac var. Komandanın heyətində yer alan 25-26 nəfər futbolçunu tənzimləyən insan məhz odur. Məhz məşqçi komandanı arxasınca aparmalıdır. Sadəcə, bir oyunda ola bilər ki, futbolçular sözü bir araya qoyub nəyəsə nail ola bilsinlər. Hazırda AZAL-da kollektivin püxtələşməsi gedir, biz öz oyunumuzu göstərməyə başlayırıq. Sevindirici haldır ki, ardıcıl məğlubiyyətlərdən sonra biz özümüzə gələ bilirik.
- “Bakı”ya qarşı keçirilən matçın ən yaxşılarından biri idiz. Komandanızın dadına çox epizodlarda çatdınız. Sona doğru niyə bu qədər təzyiqlə üzləşdiniz?
- Qapıçılar özləri üçün plan qoymurlar ki, bu oyunda filan qədər topu tutacağam, filan qədərini çıxaracağam. Sadəcə, qapıçı hər epizodda bacarığından tam istifadə etməyə çalışır. Şükürlər olsun ki, həmin görüşdə bacarığımdan tam yararlandım. Artıq “Bakı” ilə qarşılaşmanı unudub, qarşıdakı matçları fikirləşməliyik.
- Ötən mövsümlərdə AZAL-ın əsas heyətində sizinlə Elşən Poladov bir-birinizi tez-tez əvəzləyirdiniz. Poladovun gedişindən sonra artıq əsas qapıçıya çevrilmisiniz. Demək olarmı ki, ciddi rəqibiniz yoxdur?
- Yəqin ki, düz demirsiniz. Düşünmürəm ki, mənim rəqibim yoxdur. Amil Ağacanov kifayət qədər yaxşı, keyfiyyətli qapıçıdır. O, yaxşı rəqib sayılır. Əvvəlcə onu çox yaxından tanımırdım, ancaq oyununu izləyirdim. Bir yerdə oynadıqdan sonra isə onu daha çox yaxından bələd oldum. O, qarşılaşdığım ən yaxşı rəqiblərdən biridir. Mən özümə, eləcə də Amilə komandanın 1 nömrəsi gözü ilə baxıram.
- Növbəti turda birinci dövrədə udduğunuz “Neftçi” ilə görüşəcəksiniz. Rəqibin son oyunlarda cızdığı trayektoriya sizi çəkindirmir?
- Biz komandaları qruplara bölmürük. “Neftçi” ötənilki çempiondur. Fikrimcə, birinci oyunu uduzduqlarına görə, onlar budəfəki qarşılaşmada bacarıqlarından tam istifadə etməyə çalışacaqlar. “Neftçi” kifayət qədər güclü rəqibdir. Onlar oyunlara yaxşı motivasiya olurlar. Amma keçilməyən rəqib yoxdur. Bizim daxili çempionatda hər hansı bir komanda digərindən iki baş üstün deyil. Hər an istənilən komanda qalib gələ bilər. İstəmirəm ki, kiminsə nəticəsini qabarıq şəkildə göstərəsiniz. Fikrimcə, kim güclüdürsə, o da qalib olacaq.

0
0