Cüneyt Biçər: Onlar qərib sima görməyiblər
05.12.2011 - 18:04
“Xəzər Lənkəran” klubunun yeni baş məşqçisi Cüneyt Biçərin apasport.az saytına müsahibəsi
- Öncə təyinata görə sizi təbrik edirik...
- Çox sağ olun.
- Klub rəhbərliyi ilə yeni müqavilə mövzusunda danışıqlar necə keçdi?
- Nəticə etibarı ilə mən bu komandanın içində olan insanam. Xaricdən gəlmədim ki, nəsə anlaşmazlıq olsun. Belə bir təklifi danışdıq. Həm komandanın içində olan biri, həm də bir peşəkar insan kimi müzakirə edib, məsələni həll etdik.
- Klubla 1 illik müqavilə imzaladınız. Hədəfləriniz və planlarınız nədir?
- Bir şeyi nəzərə almaq lazımdır ki, mən 4 aydır bu komandada çalışıram. Klubla onsuz da müqaviləm vardı. Müqavilənin müddəti mənim üçün çox da önəmli deyil. Əsas heyətin 2 hədəfi var: Biri çempionluq, digəri ölkə kubokunu muzeyimizə aparmaq.
- Hazırkı heyəti siz qurmamısız. Bu futbolçularla həmin hədəflərə çatmaq olacaqmı?
- Düzgün qeyd etdiniz. Amma mən bu futbolçularla işi həyata keçirməliyəm. Bu, olmalıdır. Bizdə yaxşı futbolçular var.
- Komandanın heyəti ilə tanış oldunuz. Ümumiyyətlə, oyunçular sizi necə qarşıladılar, necə qəbul etdilər?
- Mən “Xəzər Lənkəran” klubunun hər bir futbolçusu ilə tanışam. Onlar məni ilk dəfə deyil ki, görürlər. Həftə ərzində ən azından 5-6 dəfə görüşürük. Biz eyni komandanın içindəyik, eyni məqsədlər üçün çalışırıq. Onlar qərib sima görməyiblər. Futbolçuları tanımaq mənim işimə də yarayacaq. Ümidvaram ki, tez bir zamanda bu münasibətlərimiz daha da dərinləşəcək.
- Mirça Rednik istefa verdikdən sonra onun köməkçiləri də Azərbaycanı tərk ediblər. Odur ki, yeni mütəxəssislərə ehtiyacınız olacaq. “Xəzər Lənkəran”ı çalışdırmaqda sizə kim yardım edəcək?
- Hər bir məşqçinin seçimi olur. Qapıçılarla işləyən məşqçi Hafiz Əliyev onsuz da işinə davam edəcək. Amma sahə oyunçularına məşq keçmək, onlarla məşğul olmaq üçün Türkiyədən yeni birini dəvət edəcəyik.
- Türkiyədən gələcək məşqçini dəqiqləşdirməmisiniz?
- Əslində, dəqiqləşmək üzrədir. Amma tam dəqiq olmadan kiminsə adını çəkmək, konkret bir şey söyləmək istəmirəm.
- Debüt oyununuzda evdə güclü “Qarabağ”la görüşəcəksiniz. Necə düşünürsünüz, debütünüz bir qədər çətin olmayacaqmı?
- Azərbaycanda zəif rəqib anlayışı yoxdur. Oyunlara nəzər salın, çempionatda hansı qarşılaşma asan keçir?
- “Xəzər Lənkəran”dan öncə “Bakı”da çalışmısınız. Amma paytaxtda bu qədər azarkeş arasında olmamısınız. Cənublu fanatlar haqqında hansı fikirdəsiniz?
- Mən buna bir cümlə ilə aydınlıq gətirə bilərəm. Futbol öz tamaşaçısı, azarkeşi ilə gözəldir.
- Lənkəranlı fanatlar hər zaman komandasının qol vurmasını istəyirlər. Siz hansı taktikaya üstünlük verəcəksiniz: Hücum, yoxsa müdafiə futboluna?
- Bildiyiniz kimi, mən komanda ilə bu gün müqavilə imzalayıb, “Xəzər Lənkəran”ın baş məşqçisi olmuşam. Məncə, bunlar daha sonrakı işlərdir. Allahın köməkliyi ilə yeni işimizə başlayaq, sonrasını düşünərik. Onları incələməyə vaxtımız olacaq.
- Hal-hazırda “Xəzər Lənkəran”ın heyətində sizin taktikanıza uyğun gəlməyən futbolçu varmı?
- Hazırda belə bir fikrim yoxdur. Bu məsələni də sonra müzakirə edəcəyik. Mənim üçün peşəkarlıq vacibdir.

0
0