“Neftçi”: Antalyada 24 günlük hazırlıq və 5 yoxlama oyunu
05.12.2011 - 18:21
“Neftçi” qış fasiləsində hazırlıq keçəcəyi məkanı dəqiqləşdirib. Bu barədə apasport.az saytına komandanın prezidenti Sadıq Sadıqov məlumat verib.
Fasilə müddəti üçün hazırlıq planlarının cizgilərini cızmağa başladıqlarını bildirən Sadıqov ötən qış olduğu kimi, yenə Türkiyədə 2 mərhələdə hazırlıq keçəcəklərini deyib: “Artıq bu məsələlər üzərində işləyirik. Bu gün klub daxili yığıncağımız oldu. Belə qərar verildi ki, növbəti qış fasiləsində də ən yaxşı variant Antalyadır. Yanvarın 18-dən orada təlim-məşq toplanışı keçirəcəyik. Bu, 2 mərhələdən ibarət 24 günlük hazırlıq prosesi olacaq”.
“Neftçi”nin yanvarda keçiriləcək ənənəvi “Birlik kuboku” turnirində ölkəmizi təmsil edəcəyi gözlənilirdi. Ancaq Rusiyada keçirilən turnirin təşkilatçıları formatı dəyişərək, postsovet məkanının çempionlarını yox, 21 yaşlılardan ibarət yığma komandalarının cəlb etməyi qərara aldılar. Sadıqovun sözlərinə görə, bu dəyişiklik onların planlarına uyğun gəlib: “Əvvəllər “Birlik kuboku” yüksək səviyyədə keçirilirdi. Belə deyək ki, indi bu turnirin şirinliyi, duzu-istiotu qalmayıb. Bəzi komandalar adlarına baxmayaraq, turnirə zəif heyəti gətirirlər. “Neftçi”nin ora gedib, vaxt itirməyinə ehtiyac yoxdur. Bəxtimizdən format dəyişildi və Türkiyədə hazırlıq keçməyə daha bir neçə gün vaxt qazandıq. Bundan istifadə edərək, mövsümün qalan hissəsinə yaxşı hazırlaşacağıq”.
“Neftçi” toplanış müddətində yoxlama oyunlarına da diqqət yetirəcək. Ancaq Sadıqov hələ rəqiblərin dəqiqləşmədiyini söyləyib: “O, baxır ki, bizə hansı təkliflər verəcəklər. Getməmişdən öncə təlim-məşq toplanışını təşkil edən firmalarla müqavilə imzalayırıq. Antalyada Ukraynadan, Rumıniyadan və bir ölkələrdən çox yaxşı komandalar olur. Hələ vaxtımıza bir az var. Məqsədimiz 5 yoxlama oyunu keçirməkdir. Rəqibin kimliyi həmin firmalardan asılı olacaq. Kimlərlə razılaşdıracaqlar, onlarla oynayacağıq”.
Qeyd edək ki, Premyer Liqamızda dekabrın 21-də yaranacaq qış fasiləsi gələn ilin fevralın 12-də yekunlaşacaq.
Mehman SÜLEYMANOV

0
0