Sadıq Sadıqov: Böyük tədbir keçirəcəyik
06.12.2011 - 10:00
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın XV turunda komandamız üçün əlamətdar hadisə baş verdi. “Neftçi” milli çempionatlar tarixində 1000-ci qolunu vurdu...
- Allaha şükürlər olsun ki, 1000-ci qola öz yetirməmiz Araz Abdullayev imza atdı. Fəxr edirəm ki, gənc futbolçularımız da öz sözlərini deyirlər. Bildiyiniz kimi, Arazın transfer hüququ “Everton”a məxsusdur. Bu gün (söhbət dünən olub) şəxsən Arazı İngiltərəyə yola saldım. Onun Fransanın “Renn” klubuna icarəyə verilməsi məsələsi gündəmdədir.
- “Neftçi” tərəfindən Araz hansı mükafat nəzərdə tutulub?
- Ona arxasında “1000” yazılan “Neftçi”nin formasını verəcəyik. Əsas odur ki, gənc futbolçumuz artıq klubumuzun tarixinə düşüb. Araza bundan böyük mükafat ola bilməz. Ümumiyyətlə, 1000-ci qolla bağlı böyük bir tədbir keçirməyi planlaşdırırıq. Bunun üçün Arazın qayıdışını gözləyəcəyik və ondan sonra bunu geniş şəkildə yüksək səviyyədə qeyd etmək fikrindəyik.
- Tədbir nə vaxt keçiriləcək?
- Arazın yoxluğu, belə bir əlamətdar qolu vuran futbolçunun olmamağı tədbirə bir az “soyuqluq” gətirər. Allah qoysa, Araz yaxın vaxtda gələr və biz onda bunu keçirərik. Görək onun “Renn”ə icarəyə verilməyi məsələsi nə yerdə qalır. İndi çempionatın qızğın vaxtıdır, işlərimiz tənzimləyib, bütün klub nümayəndələri və futbolçularla birgə tədbiri keçirməyi planlaşdırırıq.
- 1000-ci qolla bağlı anlaşılmazlıq yaranmışdı. Bəziləri nədənsə yubiley qolunu ötən tur “Qarabağ”la səfər görüşündə hesabı açan Ruslan Abışovun vurduğunu qeyd edirlər...
- Bu anlaşılmazlıq haqda mən də eşitmişəm. Mətbuatda “Neftçi”də 1000-ci qolun olacağı haqda xəbəri oxumuşdum. Oyunlar o qədər gərgin keçir ki, qolların sayını-hesabını da itirmişik. Deyirlər ki, komandamız hansısa 1 oyunda rəqibə verilən texniki məğlubiyyətlə qalib gəlib.
- Bu, 2007/08 mövsümünün son turunda olmuşdu. Onda Bərdənin ABN klubu “Neftçi” ilə oyuna gəlmədiyi üçün komandanıza 3:0 hesablı texniki qələbə verilmişdi...
- Həmin anlaşılmazlıqla bağlı göstərişlər olub. Əsas odur ki, “Neftçi” 1000 qol vurub. Bu nəticə ilə fəxr edirik. Bu qolu Abdullayevin vurması təqdirəlayiq haldır. Çünki o, Azərbaycan futbolunu Avropada təmsil etməyə layiq oyunçudur. Abdullayevi “Everton”a verməyimiz bunun bariz nümunəsidir. Araz son gündə öz sözünü deyib getdi və İngiltərə klubunun futbolçusu kimi, Fransada çıxış etməyə hazırlaşır.
- Hazırda “Neftçi”yə belə futbolçular lazımdır. Arazın belə uğurlu çıxışından, tarixi qola imza atmasından sonra əldən verdiyinizə görə peşman olmadınız?
- Yox. Çünki bu gün klub prezidentlərinin bir məqsədi olmalıdır ki, milli komandamıza layiqli futbolçular yetişdirək. Əlbəttə, bu gün Araz bizə çox lazımdır. Özünüz də bilirsiniz ki, hazırda heyətimizdə zədəli futbolçular var. Bu mənada Abdullayev bizə hava-su kimi lazımdır. Ancaq buna baxmayaraq, biz futbolçunun inkişafı üçün xaricə gedişinə imkan yaratdıq. Mən hələ komandanı götürən ərəfədə bəyan etmişdim ki, hər hansı futbolçumuza xarici klubdan təklif gələrsə, onun gedişinə imkan yaradacağıq.
- Sizcə, Araz “Renn”in heyətində Fransanın yüksək liqasında özünü göstərə biləcəkmi?
- Ölkəmizdə onun kimi istedadlı tək-tük futbolçu var. İnanıram ki, “Renn”də şans versələr, sözünü deyəcək. O, öz üzərində çox işləyən futbolçudur. Abdullayev zəhməti, çalışqanlığı ilə böyük nailiyyət əldə edə biləcək.
- Çempionluq uğrunda gərgin mübarizədə əsas rəqibiniz olan “Xəzər Lənkəran”da baş məşqçi dəyişikliyini necə qarşıladınız? Bu amili 3 xal qabaqladığınız cənub təmsilçisi ilə mübarizədə əlavə üstünlük sayırsınız?
- Bildiyiniz kimi, Mirça Rednik 2-ci ildir “Xəzər Lənkəran”ı çalışdırırdı. O, özünəməxsus futbolçular yığmış, komandanı tam formalaşdırmışdı. Rednikin çempionatın ortasında istefa verməyi mənim üçün doğrudan da sürpriz oldu. Hələ çempionatın sonuna uzun bir estafet var. Hələ heç kim heç nə deyə bilməz. Bu gün “Xəzər Lənkəran” elə yerdə deyil ki, narahatçılığa əsas olsun. Uçurumdadır? Xeyr. Turnir cədvəlində baxanda, “Xəzər Lənkəran” yenə çempionluq uğrunda mübarizə aparır. Rednik heç olmasa, ilin sonuna kimi çalışsaydı, yaxşı olardı. Amma “Xəzər Lənkəran” yenə “Xəzər Lənkəran”dır və inanıram ki, baş məşqçi dəyişikliyə baxmayaraq, çempionatda öz sözünü deməyə layiqli komandadır.
- Əcnəbi futbolçularınızdan Flavinyo və Saşa Stamenkoviçin milliləşdirilib, yığmamıza cəlb olunmağı ilə bağlı məsələ nə yerdə qalıb?
- Hələlik bu məsələdə irəliləyiş yoxdur. Flavinyo haqda bilirdim, Saşanın məsələsini sonradan eşitdim. Eşitdiyimizə görə, mövsümün mükafatlandırmasında Flavinyo AFFA rəhbərliyinə müraciət edib və məsələ baş katib Elxan Məmmədova tapşırılıb.
- Stamenkoviç milli komandamıza faydalı ola bilərmi?
- Saşa səviyyəli qapıçıdır. Yığmada əsas qapıçımız - Kamran Ağayevimiz var. Milli komandamızın digər gənc qapıçısı – “Sumqayıt Şəhər”də oynayan Andrey Popoviçdir. Hazırda qapıçı baxımından ciddi korluq yoxdur. Kamran da gəncdir və inanıram ki, hələ 4-5 il millimizin qapıçısını qoruyacaq. Yığmada onun oyunundan heç kim şikayət eləmir. Perspektivli qapıçıdır, yaxşı oyunları hamımızın yadımdadır. Öz qapıçılarımız bizi qane edər.
- “Neftçi” əcnəbi hakim ideyasını irəli sürməyi ilə bağlı rəsmi bəyanat yaymışdı. Bu məsələdə sona kimi təkid etmək fikriniz var?
- Biz bununla demirdik ki, bütün oyunlara əcnəbi hakim tətbiq eləsinlər. Bildiyiniz kimi, “Neftçi”nin oyunları zamanı çoxlu söz-söhbətlər olur. Qəbələdəki oyunda kobud hakim səhvləri, böyük anlaşılmazlıqlar yarandı. Bunun hakim qərəzindən olub-olmadığını deyə bilmərəm. Ancaq bugünkü gündə o biabırçılığa son qoymaq, özümüzü müdafiə etmək üçün bu ideyanı irəli sürdük. Azərbaycanlı hakimlər üçün yaxşı şərait yaradılıb, xaricdə təlim-məşq toplanışları təşkil olunur. Bu, onların hərtərəfli hazırlıq səviyyələrini yüksəltmək üçündür. Mən həmişə əcnəbi hakimlərin əleyhinə olmuşam. Ancaq buna baxmayaraq, özümüzü müdafiə etməyə haqqımız var. Qardaş, bizim oyunlara ürəkləri hansı hakimi, kimi istəyirlərsə, gətirsinlər. Bizim üçün problem yoxdur.
Mehman SÜLEYMANOV

0
0