“Simurq”un futbolçusu dərhal məndən üzr istədi”
05.12.2011 - 19:00
"Neftçi" bir daha "Simurq"dan üstün olduğunu göstərdi. Kubok oyununda rəqibi 10 nəfərlə yendik, bu dəfə onların qapısından 4 top keçirdik”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Ruslan Əmircanov klubun rəsmi saytına açıqlamasında deyib.
Son çempion ötən həftə “Simurq”la keçirdiyi hər 2 oyunda rəqibindən üstün oldu. “Neftçi” Zaqatalada keçirilən kubok oyununda 1:0 hesabı ilə qalib gələrək, ¼ finala çıxdı. Premyer Liqada Bakıda qazanılan qələbə isə 4:2 hesablı oldu.
Ruslan rəqib futbolçu Rüstəm Məmmədovun ona qarşı aşkar kobudluğundan danışıb: “Simurq”la son oyunda mənə qarşı kobudluq oldu. Lakin hakim rəqibə qırmızı yox, sarı vərəqə göstərdi. Bəxtim gətirdi ki, zərbə başıma dəymədi, butsının yerləri hələ də bədənimdədir. Futboldur, belə şeylər olur. Rəqib futbolçu dərhal məndən üzr istədi. Bu epizod görüşdən sonra mətbuat yayıldı. Həmin futbolçu oyun günü axşam da mənə zəng edib, üzrxahlığını bildirdi".
Son oyunlarda əsas heyətdə meydana çıxan müdafiəçi "Simurq"un futbolçusu Daniel Genovun mətbuata verdiyi "Araz Abdullayev cərimə meydançasında mənə qarşı kobud oynasa da, görüşün baş hakimi Fariz Yusifov penalti təyin etmədi" açıqlamasına da münasibət bildirib: "Baş hakim epizoda daha yaxın idi, penalti olsaydı, təyin edərdi. Belədirsə, halal qələbəmizə heç kim kölgə sala bilməz".

0
0