“Xəzər Lənkəran”dakı baş məşqçi istefası 3 klubu sevindirdi
06.12.2011 - 10:37
“Xəzər Lənkəran” klubunun baş məşqçi postunda dəyişikliyin baş verməsi Rumıniyanın 3 komandası üçün göydəndüşmə olub. Apasport.az saytının məlumatına görə, vəzifəsindən azad olunan Mirça Rednikin işsiz olması xəbəri Rumıniyaya çatan kimi 3 klub onunla danışıqlara başlayıb. Bunlar avrokubokları hədəfləyən “Astra”, sonuncu çempionluğu 2003-cü ildə Redniklə qazanan “Rapid” və Klujun “Universtatya” komandasıdır.
Qeyd edək ki, bu klublarla yanaşı Rumıniyanın ən adlı-sanlı klubu “Styaua”nın da adı Redniklə yanaşı hallanır.
Qeyd edək ki, bu klublarla yanaşı Rumıniyanın ən adlı-sanlı klubu “Styaua”nın da adı Redniklə yanaşı hallanır.
0
0