Tovuz stadionuna və lənkəranlı azarkeşlərə qadağa - YENİLƏNİB
06.12.2011 - 16:10
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirib. Apasport.az saytının xəbərinə görə, gərgin keçən toplantıda çıxarılan qərarlara əsasən, assosiasiyanın büdcəsi xeyli zənginləşib. Çünki təkcə Premyer Liqa, I divizion və əvəzedicilərin çempionatlarının son turu deyil, həm də ölkə kubokunun 1/8 final mərhələsinin qarşılaşmalarında baş verənlər müzakirəyə çıxarılıb.
Ən sərt cəzalar isə “Turan” və “Xəzər Lənkəran”a verilib.
Belə ki, XX ölkə kubokunun 1/8 finalında Tovuz təmsilçisi “İnter”lə matçın ikinci hissəsinə çıxmaqdan imtina etmişdi. AFFA nümayəndəsi və hakim-inspektorun müraciətinə baxmayaraq, klubun prezidenti Musa Süleymanov komandanı meydançaya çıxmasına icazə verməmişdi. Bu səbəbdən də Süleymanov azarkeşlərə və rəqibə qarşı hörmətsizlik etdiyi üçün 5 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə olunub.
Bundan əlavə, özbaşına meydançanı tərk etdiyi üçün Tovuz təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub daha 10 min manat cərimə olunub.
Premyer Liqanın XV turunun “Qarabağ”la oyununda baş verənlər isə “Turan”a daha ağır başa gəlib. 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunan meydan sahibləri görüş başa çatdıqdan sonra baş verənlərin cəzasını alıb. Qarşılaşmadan sonra hakimlər polislərin müşayiəti ilə paltardəyişmə otağına daxil olublar. Lakin əvvəlcədən bir qrup şəxs otağa girməklə, ədalət təmsilçilərini orada gözləyib. Hakimlər otağa daxil olan kimi həmin şəxslər onlara qarşı fiziki təsir göstərmiş və xəsarət yetirərək oradan uzaqlaşıblar.
Bunu görən polislər heç bir tədbir görməyib və hadisə yerini tərk ediblər. Hakimlərə tibbi yardım göstərildikdən sonra onlar tərəfindən baş vermiş hadisə ilə bağlı Tovuz rayon polis şöbəsinə ərizə ilə müraciət olunub. Bu göstərilənləri nəzərə alan komitə “Turan”a ağır cərimə və cəza tətbiq olunmasına qərar verib.
Qərara əsasən, “Turan” növbəti 2 ev oyununu neytral meydanda keçirəcək və 10000 manat cərimə ödəyəcək. Klubu tərəfindən son zamanlar baş vermiş neqativ hadisələrlə əlaqədar olaraq klubun Premyer Liqada iştirakının davam etdirib-etdirilməməsi ilə bağlı İcraiyyə Komitəsinə İntizam Komitəsi tərəfindən müraciət olunması məqsədəuyğun sayılıb. Baş vermiş hadisə ilə əlaqədar istintaq başa çatdıqdan sonra, istintaqın nəticəsinə uyğun olaraq, İntizam Komitəsi bu məsələyə yenidən baxa bilər.
Bunlardan başqa, oyunda PFL-in operatorunun kamerası sındırılmışdı. Bu səbəbdən “Turan” dəymiş zərərə uyğun olaraq, PFL-in təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.
Dekabrın 4-də baş tutan “Xəzər Lənkəran” – “İnter” matçı da cəzalarla zəngin olub. “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qonaqlar 1000 manat cərimələnib. Oyunun 60-cı və 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Matçın 90+3-cü dəqiqəsində azarkeşlər tərəfindən atılmış daş parçası “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin başına zədə yetirib və nəticədə ona təcili tibbi-yardım göstərilib. “Xəzər Lənkəran” azarkeşləri tərəfindən analoji hadisənin dəfələrlə təkrarlandığı nəzərə alınaraq, kluba qarşı sərt qərar qəbul olunub. Belə ki, cənublular növbəti iki ev oyununu azarkeşsiz keçirəcək və 8000 manat cərimə ödəyəcək. Oxşar hadisənin baş verəcəyi təqdirdə “Xəzər Lənkəran” klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

0
0